Azərbaycan xalq dini, xalq dini təcrübəsi, inanc sistemi və ya xalq dini inancları — azərbaycanlıların İslamdan kənar, müxtəlif xalq dini inanclarını əhatə edən anlayış. Bu inanclar İslamdan kənar olmalarına baxmayaraq, dinin bir hissəsi olaraq icra edilir. Bu anlayışı ifadə etmək üçün istifadə edilən digər adlandırmalar xalq İslamıSwietochowski, Tadeusz. (2002). Azerbaijan: The Hidden Faces of Islam . World Policy Journal. 19. 69–76. 10.1215/07402775-2002-4009. page 74., yerli İslam və xürafatdır.

Azərbaycanlıların inancları İslamaqədərki və İslamdan sonra olmaqla əsas 2 qrupa bölünür. Birinci qrup insan, kainat, varlıq haqqında insan təsəvvürlərini əhatə edir. İslamdan qaynaqlanan inanclar İslamaqədərki inancların üzərinə sanki bir İslam "örtüyü" keçirmişdir. İslamaqədərki dini təsəvvürlər həm mürəkkəb, həm də çoxcəhətlidir. Dinlə mifin nisbəti, islamaqədərki inancların din yoxsa mif olması məsələsi tədqiqatçılarda fərqli fikirlərin olduğu məsələlərdən biridir. Qədim dini inancların öyrənilməsi milli mədəniyyətdə qədim elementlərin qalmasını və dəyişikliklərə məruz qalmasını təyin etməyə imkan verir.

Primitiv dinlər bu formalarda üzə çıxır: daş, su, ağac, alov ritualları, kosmoqonik inanclar və s. Qeyd edilən rituallar animizm, sehr, totemizm və fetişizmlə yaxından bağlıdır. Etnoqrafik müşahidələr ruhlarla bağlı ritualların (animizm) hələ də davam etdiyini göstərir. Yerli İslamda müqəddəslərə ehtiram göstərilməsi, şər ruhlardan qorunmaq üçün əfsun və həmaillərdən istifadə, sehrə, caduya inam müşahidə edilir.

Tarixi

thumb|270px|left|Vasili Vereşşaginin "Azərbaycanlı qəbri" rəsmində daş at heykəli, rəsm 1865-ci ildə Şuşada çəkilib.Basile Vereschaguine. Voyage dans les provinces du Caucase. — Le Tour du Monde. — Leipzig, 1869. — С. 309. XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamında (Adına günü) ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.

Çar Rusiyası və sovet hakimiyyəti dövründə Azərbaycanda İslam bir din olaraq zəifləmişdir. Bu dövrdə İslam gücünü sadəcə həyat tərzi olaraq, adətlərdə və yerli İslamda saxlamışdır. Yerli İslamın güclənməsində əsas səbəb azərbaycanlıların Rusiya işğalı dövründə İslam dünyasından təcrid olunmasındadır. Beləliklə, İslam fundamentalizmi buralara təsir göstərə bilməmişdir. Sovet dövründə mollalar xalq İslamının ənənəvi hədislərini insanlara oxuyurdular. 70 illik sovet hakimiyyətinə baxmayaraq, azərbaycanlılar öz dini inanclarını qoruyub saxlamışdır.

Sovet dövrü Azərbaycan pirlərinin rəsmi dini çərçivədən uzaqlaşaraq xalqın mədəni və mənəvi yaddaşına dərindən yerləşmiş xalq dini təcrübəsinə çevrildiyi bir mərhələ kimi qəbul edilə bilər.

2005-ci ildə 150-dən çox dini təşkilat və məscidin qeydiyyata alınması tənqid edilmiş, bunların insanların ziyarət etdiyi məbədlər olduğu qeyd edilmişdir. Bu qeydiyyatlar "xalq dini" yaratmaq cəhdi olaraq görülmüşdür. Buna baxmaraq, Qafqaz Müsəlmanları İdarəsi heç bir zaman pirlər və müqəddəslər kultunu qınayan fətva verməmişdir.

Azərbaycandakı sələfi dini görüşü də xalq İslamını, müqəddəs məbədlərin ziyarət edilməsi kimi ənənəvi dini görüşləri qəbul etmir. Xalq İslamının nümayəndələri sələfi baxış bucağına görə dindən çıxmış hesab edilir. Buna görə də Azərbaycanın şimalındakı Quba bölgəsində müqəddəs məbəd yandırılmış, yerli sakinlər bu addımı pisləmişdir.

Xarakteristikası

Azərbaycanlıların özünəməxsus dini inancları var. Azərbaycanlılar və Azərbaycanda yaşayan digər müsəlman xalqlar özünü müsəlman hesab edir, ancaq şamanizm, bütpərəstlik, zərdüştlük izləri daşıyan primitiv dini inanclara da malikdirlər. Belə inanclara müqəddəs sayılan yerlərin ziyarət edilməsi, İslamla əlaqəsi olmayan dini ritualların həyata keçirilməsi daxildir.

Primitiv dinlər bu formalarda üzə çıxır: daş, su, ağac, alov ritualları, kosmoqonik inanclar və s. Qeyd edilən rituallar animizm, sehr, totemizm və fetişizmlə yaxından bağlıdır. Etnoqrafik müşahidələr ruhlarla bağlı ritualların (animizm) hələ də davam etdiyini göstərir. Yerli İslamda müqəddəslərə ehtiram göstərilməsi, şər ruhlardan qorunmaq üçün əfsun və həmaillərdən istifadə, sehrə, caduya inam müşahidə edilir.

Azərbaycanlıların inancları İslama qədərki və İslamdan sonra olmaqla əsas 2 qrupa bölünür. Birinci qrup insan, kainat, varlıq haqqında insan təsəvvürlərini əhatə edir. İslamdan qaynaqlanan inanclar İslama qədərki inancların üzərinə sanki bir İslam "örtüyü" keçirmişdir. Tanrının İslamda tutduğu mövqeyə görə, onun yaratdıqları şeylərə and içilməsi azərbaycanlıların inanclarında mövcuddur. Andlara misal olaraq, Allah haqqı, göy haqqı, duz haqqı, çörək haqqı, nemət haqqı, yer haqqı göstərilə bilər.

İslamaqədərki dini təsəvvürlər həm mürəkkəb, həm də çoxcəhətlidir. Ona görə də təsnifat və prinsipləri haqqında düşüncələr müxtəlif tədqiqatçılarda fərqlidir. Məsələn, dinlə mifin nisbəti, islamaqədərki inancların din yoxsa mif olması məsələsi tədqiqatçılarda fərqli fikirlərin olduğu məsələlərdən biridir. Qədim dini inancların öyrənilməsi milli mədəniyyətdə qədim elementlərin qalmasını və dəyişikliklərə məruz qalmasını təyin etməyə imkan verir.

Ənənələr

Ziyarətgahlar və müqəddəslər

300px|thumb|left|Sofi Həmid türbəsi Ziyarətgahların yaradılmasının səbəblərindən asılı olmayaraq, müqəddəs insan vasitəsilə sitayiş edilən varlıq Tanrıdır. Azərbaycanda ağac, daş, su və digər obyektlərlə bağlı olan və ya müqəddəs insanların şərəfinə ucaldılmış pirlər mövcuddur. Müqəddəs şəxslər ya hörmət edilən adamlar idi, ya da sehrli güclərə malik olduqlarına inanılırdı.

Ziyarətçilər pirin ətrafında 3 və ya 7 dəfə dönürlər. Pirsaat pirində mis qabdakı isidilmiş su ilə bədənin ağrıyan hissəsinin isladılması, kiçik daşın həmin hissəyə sürtülməsi həyata keçirilir. Buna baxmayaraq, su və alov ritualları ilə birlikdə Quran kitabı da ziyarətgahlarda oxunur, primitiv ayinlər də, İslam mərasimləri də icra edilir. Burada qurban kəsilir. Azərbaycan pirlərində qədim astral dinlərin, zərdüşlük, xristianlıq və İslamın bəzi xüsusiyyətləri mövcuddur.

Pirləri ziyarət edən şəxslər üçün buralar məscidlərdən ayrı bir yer deyil. Məscidlər rəsmi və ya ortodoks İslamın məkanları olaraq təsnif edilmir. İctimai baxışda belə bir fərq yoxdur. Müqəddəslərin qəbrində dua etmək məsciddə dua etmək qədər dini bir fəaliyyətdir. Bu, daha çox ailəvi və yerli ənənələrə, seçimlərə bağlıdır. Hətta, Azərbaycandakı İslam din xadimləri də dində ziyarətə yer olduğunu fikirləşir.

Ziyarətgahlar və pirlərlə əlaqəli inanclar və adətlər, İslamın mətnlər və rəsmi təlim böyük ənənəsi ilə müqayisədə dinin balaca ənənəsi adlandırıla bilər. Məscidlərlə müqayisədə ziyarətgahlar təşkilatlanmış dini infrastruktur və ruhanilərdən "azad"dırlar. Son vaxtlara qədər ziyarətgahları adi insanlar və qeyri-rəsmi qulluqçular, bir çox hallarda qadınlar idarə edir və qayğısına qalırdılar. Müasir dövrdə kiçik ya da böyük olmasından asılı olmayaraq, bu məbədlər getdikcə dövlət nəzarətinə keçir.

Qurban kəsmə 150px|thumb|Kosa təsviri. Əzim ƏzimzadəQurban bayramından əvvəlki gecə kosa paltarı geymiş şəxslər şamanlara bənzər hərəkətlər edirlər. Onlar həm insanları güldürür, qəm-kədərdən ayırır, həm də şər ruhları qovurlar. Kosa rolu oynayan insanlar libasın dəyişməsi ilə həm özlərini, həm ev sahiblərini qoruyurlar. Burda libas dəyişdirmə ölülər dünyasına daxil olarkən özünü gizlətməklə bağlıdır. Digər bir adət isə elin Qurban bayramı günü yığışaraq məbədə getməsi, yığılmış şirniyyatların paylanmasıdır. Kimsəsizlərə kömək etmək, acları bayram süfrəsinə dəvət etmək də burada diqqət çəkən xüsusiyyətdir. Digər bir adətə görə isə, yağış yağmayanda qurbanlıq qoyunun tükü yandırılar və bəzi dualar oxunardı.

Evə gələn gəlinin ayağının dibində qurban kəsilməsi adəti vardır. Digər hallarda, yeni doğulan uşaq üçün, arzuların yerinə yetməsi, xəstənin şəfa tapması, yurdun xoşbəxtliyi üçün qurban kəsilir. Qurban kəsərkən müxtəlif daşlardan qurbangah (qurbanın kəsildiyi yer) kimi istifadə edilir, belə daşlar müqəddəs sayılır, onlara Daşkəsən bölgəsində, Pirsultan, Qarabağ və Ziyarət dağlarında rast gəlinir.

Ermənistan azərbaycanlılarından mövcud olan adətə görə, qurban kəsilən qoyunun sümükləri dəriyə bükülərək, uca yerdə basdırılardı. Səbəb kimi onun vəhşi heyvanlar tərəfindən tapılmamasının istənildiyi deyilir. Əsilində isə, sümüklərin dəri ilə basdırılması heyvanı bərpa etmək, onu o biri dünyaya yola salmaq məqsədi daşıyır. Heyvan isə o biri dünyada yenidən dirilir. Uca yerdə basdırma isə dağ kultu ilə bağlıdır. Dağlar göylər aləminə gedən yol hesab edilir. Bununla da dəri göylər aləminə yola salınır.

Təbabət

300px|thumb|left|Mıxçəngəl və qurğuşun tökmə adətləri. Əzim Əzimzadə

Azərbaycanda vergili türkəçarələrin (xalq həkimlərinin) sənəti vergi kimi aldıqlarına inanılır, onların peşələri ustad-şagird yolu ilə öyrədilmir. Bunlara hanıxçılıq, əbəçilik (mamaçalıq), sınıqçılıq, çöpçülük və s. aiddir. Müasir dövrdə də Azərbaycanda, həm kənddə, həm şəhərdə ənənəvi təbiblər məşhurdur. Ancaq kənddə təbiblərin sayı daha çoxdur. Çıldaqçı pambığı və ya cır-cındırı odda yandıran, bükərək xəstənin bədənindəki sinir nöqtələrinə toxunan və beləliklə, xəstəni qorxularından xilas edən şəxsdir. Bu yolla qorxuya səbəb olan qüvvələr bədəni tərk edər. Bu, "zərəri zərərlə çıxartma" prinsipi ilə işləyən, bəsit əfsun metodudur. Çöpçü isə uşağın boğazındakı çöpləri çıxaldır. Həm çıldaqçı, həm də çöpçü əsasən Bakı və Abşeron yarımadası ilə əlaqələndirilir, ancaq digər Azərbaycan bölgələrində də onlara rast gəlinir. Azərbaycanda parapsixoloqlar nəsil xətti ilə və ya simvolik ata-ana münasibətilə özlərini ənənəvi təbiblərlə əlaqələndirirlər, belə təbibləri psixoloqların kənd forması, geniş yayılmış forması adlandırırlar.

Şiə İslamı imanı qorumaq üçün tarixən zəruri olan sirri (sirr), fikirlərin gizlədilməsini (kitman) və sükut qanununu (təqiyyə) təbliğ edir və beləliklə, kiçik qrupa xitab edən inancların yayılması üçün münbit zəmindir. Əsasən şiələrin yaşadığı Bakı və Abşeron yarımadasında bu yaranmış zəmin Abşeron bölgəsinin yerli adət-ənənələri ilə sıx bağlı olan ənənəvi təcrübələrlə qarışır. Bunun nümunəsi çöpçü və çıldaqçıdır. Buna baxmaraq, şiəliyə istinadlar Abşerondan başqa, digər bölgələrdə də istifadə edilir.

Mıxçəngəl qorxunu çıxartmaq üçün tətbiq edilən ən qədim dini-magik üsuldur. Bu üsulda duz insanın başında döndürülür və daha sonra balaca parçanın içinə qoyulub bağlanır, mıxla qapıya sancılıb, adamın başının üstündə yandırılır. Daha sonra yumurta insanın başının üstündə döndürülür, sol və sağ çiyinlərə dəydirilir və insanın başının arxasından yanan parçanın üstünə atılır. Mıxın yerə sancıldığı variant da mövcuddur. Əzim Əzimzadənin 1937-ci ildə çəkdiyi rəsmdə mıxçəngəl və qurğuşun tökmə adətləri təsvir edilmişdir.

Cadugərlik Başqalarına ziyan vermək üçün cadudan istifadə edilir. Daha çox insanın taleyini bağlamaq üsulu istifadə edilir. Bu zaman həmin adamın işlərini uğursuz etmək və ya ona psixoloji və ya fiziki ziyan vurmaq hədəflənir. Abşeron yarımadasında insana ziyan vurmaq üçün qoyunun ciyəri iynələrlə deşilir və yaxınlıqdakı pirdə (ağac, daş və ya müqəddəs adamın qəbri kimi yerlər) basdırılır. Ciyər çürüdükcə cadu edilən adamın da çürüdüyünə inanılır. Digər üsul isə şamdan adam fiquru düzəltmək və yandırmaqdır.