Fransisko Fernandes de Bobadilya (; ) — İspaniya zadəganı və konkistadoru, Vest-Hindin 2-ci qubernatoru (1499–1502).
Həyatı Fransisko Fernandes de Bobadilya Kastiliya tacının ərazilərində yerləşən Bobadilya şəhərində zadəgan Pedro de Bobadilya və Mariya Maldonadonun oğlu olaraq anadan olmuşdur. 1480-ci ildə Aunyon, Berninçes, Kastelyanos və El-Kollyadoda "Kalatrava" ordeninin komendadoru təyin edilmişdir. Aunyonda onun siyasətinə qarşı üsyan baş tutmuşdur.Consuelo Varela. La caída de Cristóbal Colón. El juicio de Bobadilla. — Marcial Pons, Madrid 2006. — ISBN 978-84-96467-28-6.
İspaniya monarxları İzabella və Ferdinandın rəğbətini qazanmışdır. Onun bacısı Beatris Bobadilya kraliça İzabellanın uşaqlıq dostu və sirdaşı idi. 1499-cu ilin mayında Ferdinand və İzabella Fransisko de Bobadilyanı admiral Kristofer Kolumbun kəşf etdiyi Hind adalarının ikinci qubernatoru təyin etmişdilər.
İstinadlar
Kateqoriya:Konkistadorlar