Səhra kraliçası (İngilis dilindəki əsl adı ilə: Queen of the Desert) — 2015-ci ildə Verner Hersoq tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş olan Amerika epik bioqrafik dram filmidir və film ingilis səyyahı, müəllifi, arxeoloqu, kəşfiyyatçısı, kartoqrafı və siyasi məmuru Gertrude Bellin həyatına əsaslanır. Film də Bellin iyirmi yaşından etibarən ölümünə qədər olan həyatı xronoloji ardıcıllıqla nümayiş etdirilir.
Filmdə baş rolları Nikol Kidman, Ceyms Franko, Demian Levis və Robert Pattinson canlandırmışdırlar. Filmin çəkilişləri çoxlu gecikmələr və süjet xəttindəki problemlərindən sonra nəhayət 2013-cü ilin dekabr ayından etibarən başlamış və 2014-cü ilin mart ayına qədər Əlcəzair, İordaniya və İngiltərədə aparılmışdır. Film 65-ci Berlin Beynəlxalq Film Festivalının Əsas müsabiqə bölməsində nümayiş etdirilmiş və 6 fevral 2015-ci ildə premyerası baş tutmuşdur. 3 sentyabr 2015-ci ildə Almaniyada kinoteatrlarda nümayiş olunmuşdur.
Film tənqidçilərdən əsasən mənfi rəylər almış və eyni zamanda böyük maliyyə müvəffəqiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, film 36 milyon dollarlıq istehsal büdcəsinə qarşı cəmi 2 milyon dollar gəlir əldə etməyə nail olmuşdur.
Süjet xətti Zəngin ingilis ailəsinin qızı olaraq dünyaya gəlmiş olan Gertruda Bell London elitasının sosial həyatı ilə maraqlanmır. Təmtəraqlı ziyafətlər, qəbullar və imtiyazlı həyat onun yalnız canını sıxır. Gertruda həyatında faydalı bir şey tapmaq ümidi ilə Tehranda yüksək diplomatik vəzifə tutan əmisinin yanına getməyə qərar verir. Gənc xanım burada nəinki Yaxın Şərqlə tanış olur, eyni zamanda həm də səfirliyin əməkdaşı olan Henri Kadoqana aşiq olur. Lakin onların romantik münasibətləri çox da uzun müddət davam etmir, çünki qızın valideynləri bu gənc oğlanı qızları üçün səhv seçim kimi görür və onların bir-birləri ilə evlənmələrini qadağan edirlər. Bu vəziyyətdən çox pərişan olan Henri əsl sevgisindən imtina edə bilmədiyi üçün intihar edərək özünü öldürür. Gertruda Bell həyatının yerdə qalan hissəsində özünü tamamilə Yaxın Şərqi tədqiq etməyə və bu barədə yazılar yazmağa həsr edir. Onun qəbilə liderləri haqqında vermiş olduğu informasiyalarda ingilislər İraq, İordaniya və Səudiyyə Ərəbistanı Krallıqlarını yaradılması üçün istifadə edirlər.
Rollarda
Nikol Kidman - Gertruda Bell Ceyms Franko - Henri Kadoqan Damian Levis - Çarls Doqty-Vayl Robert Pattinson - TE Lawrence Kristofer Fulford - Uinston Çörçill Mark Levis Cons - Frank Laskelles Cenni Aqutter - Florens Bell Holli Örl - Florensin əmisi oğlu Bet Qoddard - Laskelles xala Maykl Cenn - R. Kampbell Tompson Essaad Bouab - Şeyx Cey Abdo - Fattouh, Bellin bələdçisi Devid Kalder - Hüq Bell Nik Varinq - Mark Sayks Sam Kanater - Dulaim Sofi Linfild - Cudi Douti-Vayl Villiam Ellis - Çester qrafı Con Uork - Arnold Runsi Younes Bouab - Kral Faysal Fehd Bençemsi - İbrahim İsmayıl Kanater - Dulaim Ənəs Çrifi - Əmir
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Yazıçılar haqqında bioqrafik filmlər Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:2010-cu illərin macəra filmləri Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Mərakeş haqqında filmlər Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş macəra filmləri Kateqoriya:Dramlar Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:2015-ci ilin dram filmləri Kateqoriya:Siyasətçilər haqqında bioqrafik filmlər