Bakı təşəbbüsü — Avropa İttifaqının beynəlxalq təşəbbüsü. Bu, İNOQEYT enerji və TRASEKA nəqliyyat proqramlarının bir hissəsi olaraq həyata keçirilən Avropa İttifaqı, Türkiyə və Postsovet ölkələri arasında enerji və nəqliyyat əməkdaşlığına dair siyasi dialoqdur.
Tarixi Bakı təşəbbüsü 2004-cü ildə başladılan Avropa Qonşuluq Siyasətindən irəli gəlir. 2004-cü il noyabrın 13-də Bakıda Aİ ilə Qara dəniz, Xəzər dənizinin sahilyanı dövlətləri və onların qonşuları arasında enerji sahəsində əməkdaşlıq üzrə Birinci Nazirlər Konfransı keçirilib. Bu konfransın yekunları Bakı təşəbbüsü kimi tanınıb. Eyni zamanda, noyabrın 14-də Aİ-nin TRASEKA proqramının çərçivəsini dəstəkləyən rəsmi açıqlama ilə nəticələnən Nəqliyyat Nazirləri konfransı keçirilib. 30 noyabr 2006-cı ildə Qazaxıstanın Astana şəhərində Enerji Təşəbbüsündən sonra ikinci Nazirlər Konfransı keçirilib. 2–3 may 2006-cı ildə Bolqarıstanın paytaxtı Sofiyada ikinci Nəqliyyat Nazirləri Konfransı keçirilib.European Commission Transport Directorate website, Baku Initiative
Tərəfdaş ölkələr Bakı təşəbbüsünün nəqliyyat və enerji aspektləri və məsələləri üzrə tərəfdaş ölkələr aşağıdakılardır. Türkiyədən başqa, üzvlərin əksəriyyəti Postsovet ölkələridir.
Strukturu Avropa İttifaqı Bakı təşəbbüsünün gedişatını Avropa Komissiyası (Nəqliyyat və Enerji Baş İdarəsi; Xarici Əlaqələr üzrə Baş Direktorluq və EuropeAid Əməkdaşlıq Ofisi) vasitəsilə izləyir. INOGATE Texniki Katibliyi (özü Kiyevdə yerləşir, Qafqazı əhatə edən regional ofisi Tbilisidədir) Komissiya və TRACECA Katibliyi adından enerji aspektlərini əlaqələndirir, nəqliyyat aspektləri üçün eyni funksiyanı yerinə yetirir.
Tənqidi Bəzi ekspertlər, məsələn Avropa Təhlükəsizlik Strategiyaları Mərkəzindən Frank Umbax Bakı təşəbbüsünü və Xəzər regionu ilə bağlı digər siyasəti daha strateji uzunmüddətli əməkdaşlığa can atmaq yerinə texniki əməkdaşlığa həddən artıq diqqət yetirdiyinə görə tənqid edib.
İstinadlar
Xarici keçidlər Baku Initiative (European Commission (DG TREN)) Baku Initiative (Transport) Ministerial Declaration on Enhanced energy co-operation between the EU, the Littoral States of the Black and Caspian Seas and their neighbouring countries Results of the 2nd Meeting of the Working Groups in 2006 on the ‘Baku Initiative’, INOGATE Secretariat, 16 July 2006
Kateqoriya:Avropa İttifaqının enerji siyasətləri və təşəbbüsləri Kateqoriya:Avropa İttifaqı və nəqliyyat Kateqoriya:Azərbaycanda energetika Kateqoriya:Azərbaycanda nəqliyyat Kateqoriya:Ukraynada nəqliyyat Kateqoriya:Türkmənistanda nəqliyyat Kateqoriya:Türkiyədə nəqliyyat Kateqoriya:Rumıniyada nəqliyyat Kateqoriya:Özbəkistanda nəqliyyat Kateqoriya:Tacikistanda nəqliyyat Kateqoriya:Moldovada nəqliyyat Kateqoriya:Qırğızıstanda nəqliyyat Kateqoriya:Qazaxıstanda nəqliyyat Kateqoriya:Gürcüstanda nəqliyyat Kateqoriya:Ermənistanda nəqliyyat Kateqoriya:Bolqarıstanda nəqliyyat Kateqoriya:Ukraynada energetika Kateqoriya:Türkiyədə energetika Kateqoriya:Tacikistanda energetika Kateqoriya:Gürcüstanda energetika Kateqoriya:Ermənistanda energetika