Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023–2024) — 2023-cü ilin noyabrında Azərbaycanın Birləşmiş Ştatlar və qərblə münasibətlərinin pisləşməsi fonunda vətəndaş cəmiyyəti nümayəndələrinə və azad medialara qarşı aparılan total həbslər dalğasıdır. Həbslərə 2023-cü ilin noyabrın 20-də araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin təsisçisi Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs edilməsi ilə başlanılmışdır. Ümumi olaraq noyabr-yanvar ayları ərzində "AbzasMedia"nın rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilmişdir. Onların hər birinə qarşı "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılmışdır. İstintaq müddəti ərzində "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılanların sayı 15-dən çox olmuşdur.

Jurnalistlərə qarşı həbslər 2024-cü ilin mart ayında da davam etmiş, martın 6-da Toplum TV ofisinə basqın edilmiş, nəticədə media orqanının üç işçisinə qarşı eyni maddələr üzrə cinayət işi açılmışdır. Həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) təsisçisi və rəhbəri Akif Qurbanov və institutun işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə "qaçaqmalçılq" maddəsi ilə cinayət işi açılmışdır. Hadisədən 2 gün sonra Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də eyni iş üzrə həbs edilmişdir.

Aprel ayında Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edən "Meclis.info" nəşrinin təsisçisi İmran Əliyev, bir həftə sonra isə insan haqları fəalı Anar Məmmədli də "qaçaqmalçılq" maddəsi üzrə həbs edilmişdirlər.

Bu dönəm ərzində həm də Milli Şuranın üzvü Tofiq Yaqublu, Vətəndaş Hüquqları İnstitutunun işçisi, hüquq müdafiəçisi İlhamiz Quliyev də daxil olmaqla ona yaxın ictimai fəal və partiya fəalı da müxtəlif ittihamlar üzrə həbs edilmişdir.

Ümumi olaraq 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan təqiblər zamanı azı 17 nəfər həbs edilmişdir.

Xronologiya

2024

Mart 2024-cü il martın 6-da, saat 16:00 radələrində sosial mediada Toplum TV-nin və III Respublika Platformasının ofislərinə polis basqınının olması ilə bağlı xəbərlər yayılmışdır. Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına əsasən paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polislər tərəfindən əməliyyat-axtarış tədbirləri aparılmışdır. Toplum TV-nin ofisə baqsın zamanı 16 nəfər saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılmışdır. Saat 22:00 radələrində on nəfər Alya Ağayeva, Cavid Ramazanov, Ceyhunə Həsənli, Cəmilə Əzimova, Fidan Əlicanova, Gülyetər Mahmudova, Pərvanə Qurbanlı, Sadiq Məmmədov, Samir Ağazadə və Taleh Bədəlov sərbəst buraxılmışdır. Toplum TV-nin redaktoru Müşfiq Cabbar, texniki işçisi Elmir Abbasov və müxbiri Fərid İsmayılov, həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. III Respublika Platformasının ofisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı isə platformanın qurucuları Akif Qurbanov, Araz Əliyev və Ruslan İzzətli saxlanılmışdır. Əliyev və İzzətli axşam saatlarında sərbəst buraxılsa da, Akif Qurbanov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. Şəhla Hümbətovanın sözlərinə görə axtarış zamanı Qurbanovun evindən sənədlər götürülüb, daha sonra isə platformanın ofisinə 30 min avro yerləşdiriblər və sonra götürüblər.

AbzasMedia işi Tofiq Yaqublunun həbsi Toplum TV Rüfət Səfərovun həbsi Meydan TV Azər Qasımlının həbsi

QHT işi Həbs edilənlərin siyahısı S/SHəbs edilənFotoHəbs edilmə tarixiİttiham1Ülvi Həsənli20 noyabr 2023192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.12Məhəmməd Keкalov192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.13Sevinc Vaqifqızı (Abbasova)21 noyabr 2023192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1Nərgiz Absalamova30 noyabr 2023192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1Hafiz Babalı13 deкabr 2023192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1Tofiq Yaqublu14 deкabr 2023178.3.2, 320, 320.1 və 320.2Elnarə Qasımova13 yanvar 2024192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1Fərid Mehralızadə30 may 2024192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1Rüfət Səfərov4 deкabr 2024127.2.3, 221.1 və 178.3.2Aynur Elgünəş (Qənbərova)6 deкabr 2024206.4Aysel Umudova206.4Aytac Tapdıq (Əhmədova)206.4Xəyalə Ağayeva206.4Natiq Cavadlı206.4Ramin Deкo (Cəbrayılzadə)206.4Ülvi Tahirov206.4Azər Qasımlı8 deкabr 2024Şəmşad Ağa5 fevral 2025206.4Nurlan Libre20 fevral 2025206.4Fatimə Mövlamlı28 fevral 2025206.4Ülviyyə Əli (Quliyeva)7 may 2025206.4

İstinadlar