Namiq Süleyman oğlu Bayramov () — Azərbaycan hərbi xadimi. O, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Hava Təlim komandiridir və eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur.
Həyatı və karyerası Namiq Süleyman oğlu Bayramov 20 sentyabr 1971-ci ildə Kəngərli rayon Qarabağlar kəndində anadan olub. O, orta təhsilini 1978–1988-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib.1992–1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinatlı hərbi hissələrdə batareya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümumqoşun Ordusunun idarə rəisi vəzifəsinədək xidmət yolu keçib. Batareya komandiri, hərbi hissənin kəşfiyyat rəisi, motoatıcı diviziyanın komanda məntəqəsinin rəisi-hərbi hissə komandiri, Əlahiddə Ümumqoşun Ordunun HHM idarəsinin qərargah rəisi, HHQ İdarəsinin rəisi olub. 2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib.
Hal-hazırda Hərbi Hava Qüvvələrinin Hava Təlim komandiridir.
Şəxsi həyatı Ailəlidir, 2 oğlu və 1 qızı var.
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)yubileyi" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008) yubileyi" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013) yubiley" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal "Vətən uğrunda" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)"Azərbaycan Respublikasının yubileyi medalı "Hərbi xidmətdə fərqlənməyə görə"2-ci dərəcəli medal "Hərbi xidmətlərə görə" medalı
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı