Sergey Lebedev Alekseyeviç (2. 11. 1902, Nijni Novqorod- 3. 7. 1974, Moskva) — elektrotexnika və hesablama texnikası sahəsində sovet alimi. SSRİ EA akad. (1953), USSR EA akad. (1945). Sosialist Əməyi Qəhrəmanı (1956). Lenin mükafatı laureatı (1966), SSRİ Dövlət mükafatı laureatı (1950, 1969). 1946-cı ildən Sov. İKP üzvü. 1928-ci ildə Moskva Ali Texniki Məktəbini bitirdikdən sonra Ümumittifaq Elektrotexnika İnstitutunda işləmişdir. 1946-1951-ci illərdə USSR ER Elektrotexnika İnstitutuna rəhbərlik etmişdir. 1952-ci ildən Moskva Fizika-Texnika İnstitutunun professoru, 1953-1973-ci illərdə SSRİ EA Dəqiq Mexanika və Hesablama Texnikası İnstitutunun direktoru olmuşdur. Lebedev energetika sistemlərinin dayanıqlıq problemləri üzərində çalışan ilk sovet alimlərindən biri, sinxron maşınların süni dayanıqlıq nəzəriyyəsinin müəllifidir. Lebedevin rəhbərliyi altında ilk sovet rəqəmlə hesablayan elektron maşını, bir sıra digər hesablama maşınların yaradılmışdır. 4 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 2 başqa orden və medallarla təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər Сергей Алексеевич Лебедев, создатель советских ЭВМ - передача к 105-летию со дня рождения Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Rusiya alimləri Kateqoriya:SSRİ ixtiraçıları Kateqoriya:Kompüter mühəndisləri