İnqrid Fuciko Georqi-Hemminq () – isveçəsilli Almaniya–Yaponiya pianoçusu.
Həyatı və karyerası 5 dekabr 1931-ci ildə Almaniyanın Berlin şəhərində doğulmuşdur. Pianoçu olan yapon anası Toako Otsuki Berlin İncəsənət Universitetində təhsil almışdır. Atası Frits Gösta Georqi-Hemminq rusəsilli isveçli memar idi. 1933-cü ildə ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Beş yaşından etibarən anasından, daha sonra isə Leoind Kreytserdən piano dərsləri almağa başlamışdır. Məktəbdə oxuyarkən bir sıra müsabiqələrin qalibi olmuşdur.
16 yaşında olanda qulaq infeksiyasına görə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmişdir. Tokio İncəsənət Universitetindən məzun olduqdan sonra 1960-cı ildə Avropaya qayıtmış, Vyana və Berlində təhsil almışdır. Qripdən müalicə alarkən növbəti dəfə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmiş, karyerasını Stokholmda davam etdirməyə məcbur olmuşdur. Qulağında müalicə aldığı dövrdə müəllim kimi işləmiş, bir sıra Avropa şəhərlərində konsertlər vermişdir.
1995-ci ildə anasının ölümündən sonra Yaponiyaya qayıtmışdır. 1999-cu ildə Yaponiyanın NHK kanalının onun həyatı haqqında çəkdiyi sənədli filmdən sonra məşhurlaşmışdır. Növbəti il buraxdığı debüt albomu "La Campanella" 2 milyon nüsxə satılmış və 2000-ci ildə keçirilmiş Yaponiya Qızıl Disk Mükafatının İlin Klassik Albomu kateqoriyası üzrə qalibi olmuşdur. Hemminq növbəti illərdə bu mükafatı 3 dəfə daha qazanmışdır.
Hemminq 2001-ci ildə Nyu-Yorkda yerləşən Karneqi-hollda debüt etmişdir. O, karyerası ərzində Moksva Filarmonik Orkestrı kimi orkestr və sənətçilərlə əməkdaşlıq etmişdir. Ferens List, Frederik Şopen, Moris Ravel kimi bəstəkarların əsərlərində ixtisaslaşmışdır.
Ölümü Hemminq 2024-cü ilin yazında Nyu-Yorkda yerləşən Karneqi-hollda konsert verməyi planlaşdırsa da, sağlamlığındakı problemlərə görə planını təxirə salmışdır. 2024-cü ilin martında ona mədəaltı vəzin xərçəngi diaqnozu qoyulmuşdur. 21 aprel 2024-cü ildə ölmüşdür.
Şəxsi həyatı Atası memar və rəssam olduğu üçün Hemminq rəssamlığa da həvəs göstərmişdir. Pişiklər, itlər, çiçəklər, musiqiçilərin rəsmlərini çəkmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya pianoçuları Kateqoriya:Qadın pianoçular Kateqoriya:Klassik pianoçular Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər