Nərgiz Əliyeva () — azərbaycanlı peşəkar qadın futbolçu. "Karadeniz Ereğli Belediyespor" klubunun və Azərbaycanın qadınlardan ibarət A Milli komandasının qapıçısı. Azərbaycanın qadınlardan ibarət milli yığmasının digər futbolçusu Coşqunə Əliyevanın bacısı

Erkən həyatı 22 mart 2002-ci ildə anadan olub.

2013-cü ildən futbolla məşğul olur. Məşqçi İlqar Hüseynovun başlığı altında, öz doğma şəhərində futbolun dərinliklərini öyrəndi. İlk klubu "Mingəçevir" olub. 2016-cı ilə qədər "Mingəçevir"in heyətində çıxış edib.

Peşəkar karyerası 2018-ci ildə "Baku City" klubunda çıxış edib.

2019-cu ildə "Keşlə"də çıxış edib.

2020-ci ildə Gürcüstanın "Nike" klubundan çıxış edib. Orda 1 sezon oynadıqdan sonra, legioner həyatına Türkiyədə davam edib. 2021-ci ildən etibarən "Karadeniz Ereğli Belediyespor" klubunda çıxış edir.

Milli karyerası Azərbaycan Millisinin qapıçısıdır. 2020-ci ildən etibarən Azərbaycan Millisinin futbolçuları arasında yer alır.

İstinadlar

Kateqoriya:Qadın futbol qapıçıları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları