Sualtı qayıq (, , ) — Volfqanq Petersenin ssenaristliyi və rejissorluğu, Günter Rohrbaxın prodüserliyi ilə 1981-ci ildə çəkilmiş Qərbi Almaniya müharibə filmi. Filmin baş rollarını Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemann oynayır. Film həm teatr buraxılışı (1981), həm də miniserial (1985) kimi nümayiş etdirilmişdir. Bundan başqa, bir neçə fərqli ev videosu versiyaları, həmçinin Petersenin nəzarət etdiyi rejissor versiyası (1997) buraxılmışdır.

Lothar-Günter Buxheymin Almaniya sualtı qayığı "U-96"da yaşadığı təcrübələrinə əsaslanan 1973-cü ildə yazdığı romanın adaptasiyasıdır. Filmin hadisələri İkinci Dünya müharibəsində cərəyan edir, mövzusu "U-96" və onun ekipajının Atlantika döyüşündə təhlükəli patrulu haqqındadır. Film həm döyüş həyəcanını, həm də nəticəsiz ovun yorğunluğunu təsvir edir, "U-boat"larda xidmət edənləri öz yoldaşları və ölkələri üçün əllərindən gələni etmək arzusu ilə adi insanlar kimi göstərir.

İstehsal prosesinə 1979-cu ildə start verilmişdir. 1976-cı ildə film üçün bir neçə ABŞ rejissorunun işə götürülməsi nəzərdən keçirilmişdir və film inkişaf cəhənnəminə düşmüşdür. İstehsal zamanı Buxheymin 1941-ci ildə patrulu zamanı əsl "U-96"nın kapitanı, müharibə zamanı Almaniyanın ən yaxşı sualtı qayıqlarından biri olan Henrix Lemann-Villenbrok və "U-219"un keçmiş birinci zabiti Hans-Yoaxim Kruq məsləhətçi kimi fəaliyyət göstərmişdir. Petersenin məqsədlərindən biri tamaşaçıları "müharibənin nə olduğunu" göstərən "ağılların kənarına səyahət"ə aparmaq idi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1981-ci ilin filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Almaniya haqqında filmlər Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:İspaniya haqqında filmlər Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Miniseriallar Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Dramlar