Akşehir Ulu Məscidi — Akşehir Ulu Məscidi Akşehirdəki tarixi məsciddir.

Tarixi Tikinti tarixi dəqiq olmasa da, minarənin üzərindəki yazıya görə minarənin tikilmə tarixi 1213-cü ildir. Minarə Əbu Səid İbrahim tərəfindən tikilmişdir. Bu tarix Anadolu Səlcuqlu sultanı I İzzəddin Keykavus (1211–1220) dövrünə uyğun gəlir. Buna görə də məscid binası daha qədim olmalıdır. Məscid I Əlaəddin Keykubad dövründə (1220–1237) genişləndirilib. Keramika mehrab XV əsrdə əlavə edilib, şimal divarına bitişik olan fəvvarə və bulaq Osmanlı dövrü əlavələridir. Fəvvarənin üzərindəki yazıya görə, bu əlavələri 1811-ci ildə Cihanbəyli Yaralı Yusuf adlı şəxs tikdirmişdir.

Yerləşmə yeri Məscid Konya vilayətinin Akşehir rayonunda Akşehir muzeyi ilə üzbəüz Dudukadın küçəsində və koordinatlarında yerləşir..

Memarlıq xüsusiyyətləri Minarə istisna olmaqla, məscidin və həyətin ümumi sahəsi 1200 kvadratmetrdir. Şimal-şərqdəki minarənin sahəsi 4,8 kvadratmetrdir. Tikinti materialı kimi yonma daş və söküntü daşlarından istifadə edilmişdir.

Qalereya

İstinadlar

Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Türkiyədə səlcuq məscidləri