Ross Baqdasaryan və ya səhnə adı ilə Devid Seville () — erməni əsilli amerikalı müğənni, bəstəkar, səsyazma prodüseri və aktyor, "Elvin və Burunduqlar" cizgi film qrupunu yaratması ilə tanınır. Əvvəlcə səhnə və kino aktyoru olan Ross, 1958-ci ildə, hər ikisi Billboard-da bir nömrəli sinql olan "Witch Doctor" və "The Chipmunk Song (Christmas Don't Be Late)" mahnıları ilə məşhurlaşıb. 1961-1962-ci illərdə CBS-də yayımlanan "The Alvin Show"-un prodüseri və rejissoru olub. Həyatı Baqdasaryan 27 yanvar 1919-cu ildə Kaliforniya ştatının Fresno şəhərində erməni-amerikan ailəsində anadan olub. Atası üzümçü olub. Onun iki böyük qardaşı — Riçard Sirak (1910-1966) və Harri Sisvan (1915-1989) olub. Amerikalı yazıçı Vilyam Saroyan onun qohumu olub.

1937-ci ildə Fresno Liseyini bitirib. O, aktyor olmaq niyyəti ilə qohumu Saroyanla işləmək üçün Nyu-Yorka gedib.. İkinci Dünya müharibəsi başlayanda hərbi xidmətə gedib və dörd il idarəetmə qülləsinin operatoru kimi xidmət edib. ABŞ Ordusu Hava Korpusunda baş serjant (SSgt) rütbəsinə yüksəlib.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

History area on TheChipmunks.com with some photos and stories about Ross Bagdasarian [ Allmusic Entry]

David Seville Review at Rockabilly

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Britaniya aktyorları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:Britaniya pianoçuları Kateqoriya:ABŞ musiqiçiləri