Nino Qedevanovna Ananiaşvili (; ) — Sovet, gürcü, rus balerinası, Gürcüstan SSR xalq artisti (1988), Rusiyanın xalq artisti (1995). Gürcüstanın Xarici İşlər Naziri (6 dekabr 2008-25 oktyabr 2012) Qriqol Vaşadzenin həyat yoldaşı.Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. Həyatı Nina Ananiaşvili 1963-cü il martın 19-da Gürcüstanın Tbilisi şəhərində anadan olub. 10 yaşında Tbilisi Xoreoqrafiya Məktəbinə daxil olmamışdan əvvəl fiqurlu konkisürmə üzrə respublika çempionatını qazanıb. O, məşhur müəllim N.V.Zolotovanın rəhbərliyi altında Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirib.

Nina Ananiaşvilinin beynəlxalq balet müsabiqələrində dörd mükafatı var: Varnada (Bolqarıstan) X balet müsabiqəsinin qızıl medalı, 1980; IV Moskva Balet Müsabiqəsinin Qran Prisi, 1981; V Moskva Balet Müsabiqəsinin qızıl medalı, 1985; III Beynəlxalq Balet Müsabiqəsinin Qran Prisi, Cekson, ABŞ, 1986.

1981-ci ildə Nina Ananiaşvili Moskvada Dövlət Akademik Böyük Teatrın truppasına qəbul edilib. Bütün bu illər ərzində o, Raisa Struçkova və Marina Semyonova kimi əfsanəvi balerinaların rəhbərliyi altında təhsil alıb. “Koppeliya”da Svanilda, “Qu gölü”ndə Odette-Odil (o, 17 yaşında Hamburqda qastrol səfərində Böyük Teatrın balerinası kimi çıxış etmiş, tamaşa 30 dəqiqəlik alqışlarla müşayiət olunmuşdur) rolları üzərində onlarla birlikdə çalışıb. Onun teatrda uğurla oynadığı rollar arasında “Yatmış gözəl”də “Avrora”, “Romeo və Cülyetta”da Jizel (L.Lavrovski və Y.Qriqoroviçin quruluşunda), Raymonda, Kitri “Don Kixot”da, "Korsar"da Medora, “Şelkunçik”də Mari (rejissor Yu.Qriqoroviç) obrazları var. Dövlət Akademik Böyük Teatrda Nikolay Rimski-Korsakovun “Mlada” tamaşasında baş rol xüsusi olaraq onun üçün səhnələşdirilib. 280px|thumb|left|Nino Ananiaşvili - "Qu gölü" baletində

Nino Ananiaşvili "Nyu York Siti Balet"ində "Raymondinin variasiyaları", "Apollon", "C majördə simfoniya" baletlərində çıxış edib. Nina tez-tez London Kral Baleti səhnəsində performans göstərib. Burada Ananiaşvili 1990-cı ildən K.Makmillanın “Paqodaların şahzadəsi” baletində Şahzadə Rouz, “Boşuna ehtiyat” baletində Liza, K.Makmillanın “Romeo və Cülyetta” tamaşasında baş rolları, F.Eştonun “Zoluşka” və M.Fokinin “Simurq quşu”, P.Raytın “Şelkunçik” əsərindəki "Şəkər pərisi" və s. obrazları canlandırıb. İngilis tənqidçiləri balerinanın "sadəcə möhtəşəm" olduğunu qeyd edirdilər. Nina Ananiaşvili Danimarka Kral Baleti ilə Kopenhagenə A. Burnonvilin baletlərində rəqs etmək üçün dəvət edilən ilk rus balerina olub. Kopenhagendə o, H.S. Lövenskjöldün musiqisinə yazılmış “Silfida” baletində baş rol, “Neapol və ya balıqçı və onun gəlini” baletində Teresina, “Genzanoda çiçək bayramı” baletində Pas de de və digər baletlərdə səhnəyə çıxıb. Nina Ananiaşvili L.Lavrovskinin əfsanəvi “Romeo və Cülyetta” əsərinin yeni quruluşda premyerasında, həmçinin “Don Kixot”, “Qu gölü” və “Yatmış gözəl” tamaşalarında çıxış etdiyi Mariinski baleti ilə rəqs edib.

1992-ci ildən Nina Ananiaşvili Amerika Balet Teatrının solisti olub. “Qu gölü”, “Silfida”, “Don Kixot”, “Yatmış gözəl”, “La Bayadere” (N.Makarova versiyası), K.Makmillanın “Romeo və Cülyetta” və “Manon”, R.Hindin “Şən dul”, B.Stivensonun “Zoluşka” baletlərində yadda qalan performans göstərib.

Nina Ananiaşvili İsveç Kral Baleti, Norveç Milli Baletində qonaq solist kimi çıxış edib. Bundan əlavə o, Portuqaliya Milli Baleti, Finlandiya Milli Baleti, Bavariya Milli Baleti, Monte Karlo Böyük Baleti, Birmingem Milli Baleti, Boston Baleti, Tokio Baleti və s. məşhur teartlarda səhnəyə çıxıb. Nina Ananiaşvili dostları olan dünyanın aparıcı truppalarının rəqqasları ilə birlikdə o, Moskvada, Sankt-Peterburqda, Danimarkada, ABŞ-da, Norveçdə, Çində və Fransada böyük uğurla qastrol səfərlərində olan qrup yaratdı.

Nina Ananiaşvili Rusiya və Gürcüstanın xalq artistidir. O, xoreoqrafiya sahəsində yüksək nailiyyətlərə görə Rusiya Milli Triumf Mükafatına, eləcə də gürcü mədəniyyətinə böyük töhfəsinə görə Gürcüstan Dövlət Mükafatına layiq görülən ilk balerina olub.

2004-cü ildə Nina Z.P.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib. 2013-cü ildə Prix de Lozanna balet müsabiqəsinin münsiflər heyətinin üzvü olub.

2021-ci ilin əvvəlində Nina Ananiaşvili Novosibirsk Opera və Balet Teatrının balet truppasına rəhbərlik etməyi planlaşdırdığını bildirdi. Onun bu xəbərlə müsahibəsi dərc edildikdən sonra teatr rəhbərliyi yeni rejissoru truppaya təqdim etməzdən əvvəl qarşıdan gələn təyinatı elan etməyin qeyri-etik olduğunu əsas gətirərək müqaviləyə xitam verdiyini açıqladı.

Nino Ananiaşvili 2021-ci ildən yenidən Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının balet truppasının baş xoreoqrafdır.

Ailəsi Nino Ananiaşvili 1988-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin diplomatı Qriqol Vaşadze ilə ailə həyatı qurub.Майя Крылова. Балерина без лимузина . — Независимая газета, 28.02.2003 Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri olub. 2006-cı ilin fevralında onların Yelena adlı qızları dünyaya gəlib. Elə həmin il Nina Mixail Saakaşvilinin oğlunun xaç anası olub. Mükafatları 250px|thumb|right|Nina Ananiaşvilinin gənclik fotosu, aprel 1994, foto: Lev Medvedev RSFSR əməkdar artisti (3 noyabr 1986); Gürcüstan SSR xalq artisti (1988); Rusiyanın xalq artisti (17 mart 1995) - incəsənət sahəsində böyük nailiyyətlərinə görə;Почётное звание присвоено указом президента России № 284 от 17 марта 1995 года IV dərəcəli “Vətənə xidmətə görə” ordeni (22 mart 2001) - yerli musiqi və teatr sənətinin inkişafındakı böyük xidmətlərinə görə;Указ Президента РФ от 22 марта 2001 г. № 325 Şərəf ordeni (Gürcüstan, 22 yanvar 2003);Дама стала кавалером грузинского ордена чести Prezidentin "Parlaq" Ordeni (Gürcüstan, 26 may 2010-cu il);Саакашвили вручил ордена деятелям культуры, чиновникам, военным и бизнесменам İtaliya Ulduzu ordeninin komandiri (İtaliya, 12 oktyabr 2010); Doğan Günəş ordeni (Yaponiya, 2017).Граждане России награждены японским орденом Восходящего солнца Gürcüstan mədəniyyətinə görkəmli töhfəsinə görə Gürcüstanın Dövlət Mükafatı. Triumf Mükafatı (1992).

İstinadlar

Xarici keçidlər Биография и фотогалерея на сайте «Маленькая балетная энциклопедия» Фотогалерея и видео на сайте The Ballerina Gallery Фотографии на сайте «Мастера музыкального театра» Аловерт Н. Интервью с Ниной Ананиашвили. Часть первая. «Культура» № 32 (590) Аловерт Н. Нина Ананиашвили о себе. Часть вторая. На сцене Большого театра. «Культура» № 39 (597) Аловерт Н. Нина Ананиашвили — молодая и прекрасная. «Культура» № 27 (689)

Kateqoriya:Gürcüstanın Dövlət mükafatı laureatları Kateqoriya:Rusiya balerinaları