Gerli Padar ( ) estoniyalı müğənni və aktrisa. O, 2007 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil etmişdir. O, 2001-ci ildə Estoniya adına Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Tanel Padarın bacısıdır.

Karyera Padar bir neçə məşhur Estoniya musiqili filmlərində rol alıb, o sıradan "Kabaret" filmində Salli, "Şahmat" filmində Florensiya və "Detektiv Lotte" filmində Lotte rollarını ifa edib. Müğənni karyerasında isə 2011-ci ildə solo albomunu buraxdı. Padar Estoniyanı 2007 Avroviziya Mahnı Müsabiqəsində " Partners in Crime " mahnısı ilə təmsil edib, lakin finala vəsiqə qazana bilməyib və 33 xal qazanıb. 2010 Avroviziya Mahnı Müsabiqəsində isə Estoniya üzrə 5 münsifdən biri olub.

O, 2018-ci ildə də Avroviziya yarışmasına qatılmaq üçün Estoniyanın milli seçim turlarında yenidən iştirak etmişdi və Eliis Parna ilə birlikdə finalda sonuncu olan mahnısı ilə yarışmışdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Estoniya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Estoniya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Estoniyanın "Avroviziya" təmsilçiləri