Fransis Aleksandr — amerikalı portret rəssamı.National Gallery of Art 2020
Həyatı Aleksandr 1800-cü il fevralın 3 - də Konnektikutun Vindham qraflığında anadan olub. O , fermada böyüyüb. 1820-ci ildə Nyu-Yorka gedərək Aleksandr Robertson ilə birlikdə rəssamlıq təhsili alıb. Chisholm 1911, p. 564.
1831 və 1832-ci illərdə Romada yaşayıb. Daha sonra təxminən on ilə yaxın Massaçusets ştatının Boston şəhərində yaşayıb. Burada yaşadığı müddətdə Çarlz Dikkensin portretini çəkib (1842).Chisholm 1911, p. 564.
Fransis 1840-cı ildə Milli Dizayn Akademiyasının fəxri üzvü seçilib. Aleksandr 1881-ci ildə Florensiyada vəfat edib.Chisholm 1911, p. 564.
Ailəsi Aleksandr 1836-cı ildə Lusiya Qrey Svit ilə evlənib. Onların qızı Fransisko Aleksandr məşhur illüstrator, müəllif və tərcüməçi olub.Radcliffe College 1971.
İşləri Aleksandrın çəkdiyi ən yaxşı portretlərindən biri xanım Fletçer Vebsterin portretidir.Chisholm 1911, p. 564
Həmçinin bax
Sara Qudric Elizabet Qudric
Xarici keçid
http://americanartgallery.org/artist/home/id/65 FRANCIS ALEXANDER FAMOUS PORTRAIT ARTIST
İstinadlar
Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri