Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Qaralılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır.

Toponimikası XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.

Coğrafiyası və iqlimi Kənd Mil düzündə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Beyləqan rayonunun kəndləri