Elizabet Qudric () — amerikalı rəssam.
Həyatı Qudric Massaçusets ştatının Templeton şəhərində anadan olub. Onlar ailədə 7 uşaq olub. Bacısı Sara Qudric də miniatür ustası olub. 1820-ci illin sonlarda Elizabet miniatürlər çəkməyə başlamışdır. Çəkdiyi miniatürlər texniki baxımdan zəif olsa da , üslub baxımından bacısının əl işlərinə bənzəyirdi.Johnson, Dale T. American Portrait Miniatures in the Manney Collection (New York: Metropolitan Museum of Art, 1990), pp.123–24. Eliza hələ uşaq yaşlarından rəsm çəkməyə başlayıb və sənətə meyil göstərib. Lakin onun yaşadığı dövrdə qadınların təhsil alma imkanları məhdud olduğundan o , özü öz üzərində işləyib özünü inkişaf etdirib.16" (PDF). Retrieved 2017-01-04
Karyerası Elizabetin professional karyerasına bacısı Sara ilə bərabər Bostonda başladığı təxmin edilir. Lakin o həyatının çox hissəsini Massaçusetsdə keçirib. 1830-1840-cı illərdə Vosçestrə bir neçə dəfə səfər etdi. Səfərlər zamanı Foster ailəsinin üzvləri ilə tanış olub bir müddət onlarla bərabər yaşayıb. Yaşadığı müddət ərzində onlarım portretlərini də çəkib.Strickler, Susan, American Portrait Miniatures (Worcester: Worcester Art Museum, 1989), p. 63.
Qudricin daha yaxşı tanınan miniatürləri:
Alis Kudray, Metropolitan İncəsənət Muzeyi, Stiven Solsberi III (1838), Fil sümüyü üzərində akvarel, Vorçester İncəsənət Muzeyində; Sofiya Dvayt Foster Börnsayd (təxminən 1830), Amerikan Antika Sosyetə kolleksiyasında; Culiya Porter Dvayt (təxminən 1832), Yale Universitetinin İncəsənət Qalereyasında.Posluszny, Susan. "Call them vertically-challenged". Yale Daily News. Archived from the original on 2010-01-11.
Ailə həyatı Elizabet 1849-cu ildə, əlli bir yaşı olarkən polkovnik Efraim Stounla evlənib. Stounun Templetonda ümumi mağaza və mişar dəyirmanı var idi.Strickler, p. 63
Həmçinin bax Sara Qudric Vilyam Edvard Vest Ceyms Frotinqam
İstinadlar
Xarici keçidlər https://www.ancestry.com/search/categories/42/?name=_Goodbridge