Muğam və ya muğamat — mürəkkəb ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.
Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.
Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.
2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. İnsanlığın kainatda tənhalıq hissini təmsil etməsi üçün və kainatda olası hər hansısa inkişaf etmiş sivilizasiyanın tapması məqsədilə NASA, Voyacer qızıl plastinkaya Azərbaycan muğamın yerləşdirərək kosmosa göndərib.
Etimologiya Bəzi mənbələrdə "muğam" sözünün ərəb dilində "məqam" sözündən yaranması qeyd olunur.Z. Mirzəyev. Rast muğamı. Metodik vəsait. – Bakı: Mütərcim, 2010. – 36 səh. Yəni, yer, mövqe deməkdir. Birlikdə buna məqamat (muğamat) deyilir. Bu termin bəzi Şərq ölkələrində, həmçinin Orta Asiya və Hindistanda — "makon" adlanır. Avropa ölkələrində isə bu bir not sistemində hər bir çalınma yerinə uyğun olaraq "minor və major qammaları" şəklində ifadə olunur və bu ifadədə işlədilməkdədir.
Tarixçi İlya Məhərrəminin iddiasına görə, muğam sözünün kökü "muğ" sözündən götürülüb."Muğamın formalaşması tarixçəsi", İlya Məhərrəmi Müəllif qeyd edir ki, məzhəbi din ayinləri musiqi, avaz və ritmlə icra olunurdu və zaman keçdikcə, inkişaf edərək, formalaşaraq, indiki muğam səviyyəsinə gəlib çatmışdır.
Muğam adlarının yaranması Muğam, şöbə və guşə adlarının yaranma tarixi ilə bu günə qədər bir çox musiqişünas və ifaçılar maraqlanır. Muğamlar haqqında elmi traktatlar Şərqin böyük musiqişünasları – Əbdülqədir Marağayi, Səfiəddin Urməvi, əl-Fərabi və başqaları tərəfindən yaranmışdır. Onlar öz elmi əsərlərində muğamların yaranma tarixindən, şöbə və guşələrin bir-biri ilə qarşılıqlı əlaqəsindən, musiqi alətlərində istifadə olunan ifaçılıq ştrixlərindən və bir çox başqa xüsusiyyətlərdən bəhs edirlər. Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi 4 qismə bölünür: Say adları a) yer, məkan adları (toponimlər); b) xalq, tayfa, qəbilə adları Tarixi şəxsiyyət və ifaçının adı ilə bağlı muğam və şöbə adları. Müxtəlif adlar
Say adı ilə bağlı olan muğam və şöbələr bunlardır: Yegah — "Rast" muğamının ikinci adıdır. Fars dilində işlədilən "Yegah" (birinci) sözünün mənası, ərəb dilində işlədilən "Rast" (düz, doğru, dürüst) ilə uyğun gəlir. Keçmişdə və hal-hazırda türk musiqisində "Rast"-a bəzən "Yegah" da deyirlər. Dügah — fars kəlməsidir, tərcüməsi – iki mövqe, məkan, vəziyyət, məcazi mənası – iki vaxt deməkdir. Məsələn: axşam-səhər, gecə-gündüz və s. Segah — üç mövqe, məkan, vəziyyət deməkdir. Forma etibarilə "Segah" muğamı 3 böyük hissədən ibarətdir. Bu hissələr "Zabul", "Segah" və "Hissar-müxalif"-dən ibarətdir. Çahargah — qədim musiqi alimlərinin fikrincə göy gurultusu ilə əlaqədardır. Məhz təbiətin bu hadisəsi ilə əlaqədar olaraq yaranmışdır. Üzeyir Hacıbəyov "Çahargah" muğamının dinləyicidə coşğunluq və ehtiras hissi oyatdığını qeyd edir. Pəncgah — "Rast" muğamının zil pərdəsidir. Bu hissənin ahəngi çox gərgin və ciddidir. "Pəncgah" şöbəsinin "Rast" dəstgahında tutduğu mövqe çox əhəmiyyətli olduğundan, "Rast" dəstgahı çox zaman "Rast-Pəncgah" adlandırılır. Iran musiqisində "Rast-Pəncgah" adlı muğamın olmasını fransız alimi Jan Dürinq özünün "İran musiqisinin ənənələri və mənşəyi" adlı elmi kitabında qeyd edib. Şeşgah — muğam və şöbə adı kimi heç bir mənbədə qeyd olunmayıb, lakin Əfrasiyab Bədəlbəylinin "Musiqi lüğəti" kitabında bu adlar diatonik səs düzümünün 6-cı səsi kimi şərh olunur. Həftgah — muğam və şöbə adı kimi heç bir mənbədə qeyd olunmayıb, lakin Əfrasiyab Bədəlbəylinin "Musiqi lüğəti" kitabında bu diatonik səs düzümünün 7-ci səsi kimi şərh olunur.
Müasir ifaçılıqda bu muğamlardan yalnız beşi ifa olunur. Zaman ötdükcə, yeni şöbələr, guşələr zənginləşmiş və nəhayət, bu dövrdə öz intişarını tapmışdır. Qeyd olunmalıdır ki, "Yegah", "Dügah", "Segah", "Çahargah" bütöv muğam "Pəncgah" isə şöbə kimi səslənir. Ərəb musiqisində yegah, dügah, segah, çahargah, pəncgah, şeşgah və həftgah səs düzümünün pərdələri kimi adlandırılır. Bu faktı ərəb musiqişünası Fərruk Ammarın yazılarında aydın görmək olar.
Bir çox muğam və şöbə adlarının yaranma tarixi öz yerləri və məkanları ilə əlaqədardır. Qarabağ şikəstəsi, Şirvan şikəstəsi, Salyan şikəstəsi, Şikəsteyi-fars, Arazbarı, Bayatı-şiraz, Bayatı-İsfahan, Bayatı-kürd, Ərak, Ovşarı, Əşiran, Zabul, Heyrat-Kabili, Hicaz, Nəva-Nişapur, Hissar, Xavəran, Mavəraünnəhr, Tehrani, Xarəzmiyyə, Mahur-hindi və bir çoxlarını buna misal göstərmək olar.
Tarixi
Zərdüştçülük dövrü Bəzi tarixçilərə görə, muğlar "Avesta" kitabında olan ayinləri dünyada təbliğ etmiş və insanları tək Allahlığa ibadət etməyə çağırmışlar. İbadətlərində müqəddəs kitablardakı "qatlar"ı avazla oxuyarmışlar. Abdulla Faziliyə görə, Zərdüşt ilk dəfə öz ideologiyasını və təriqətinin qayda-qanunlarını şeir halında təbliğ edirdi."Atropatena" (e.ə. IV- e. VII əsr), Abdulla Fazili, Bakı, "Elm" nəş, 1992, s. 142–143 Onun şagirdləri də Zərdüştün nəğmə və dualarına oxşar nəğmə və dualar hazırlayırdılar. Rus muəllifi L. S. Vasilyevin "İstoriya reliqiy Vostoka" kitabındakı (10-cu bənd) "Dualizm drevnix İrantsev i Zoroastr" başlığı altındakı (səh. 210–263) yazında qeyd olunur ki,
Mirzə Əliəkbər Dehxuda "Dehxuda lüğəti" kitabında yazır:
İslamaqədərki dövr və sonrakı dövr Dərviş Əlinin muğamat haqqında traktatında qeyd olunur ki, orada muğamın ümumbəşəri musiqi olması qabardılaraq, peyğəmbərlərin həyatı ilə əlaqələndirilir. Hüfuzlu musiqiçilərdən Əbdülqədir Marağayiyə, Sufəddin Əbdülmöminə və Üveys Paşanın dediklərinə görə, əvvəlcə daha çox yeddi peyğəmbərin sayı əsasında səkkiz muğam olmuşdur:"Milli estrada sənətinin yaranması və təşəkküıü"., Q. Əlilicanzadə., Bakı., 2012., nəşr., s. 107
XVII–XIV əsrlər Rzaddin Şirvani haqqında XVII əsrdə Şamaxını ziyarət etmiş böyük türk səyyahı Övliya Çələbi "Səyahətnamə"-sində yazır:
XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, musiqi "binasının" (dəstgah) divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır. Yaxın Şərq xalqları uçub dağılmış bu "musiqi binasının" qiymətli "parçalarından" istifadə edərək, özlərinin "lad tikinti" ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni "musiqi barigahı" tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifadə edirdi.
Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. 12 əsas muğam — Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz; 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaştdan ibarət idi.
İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam "Rast"-dır. Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə uyğun gəlir. Qədim musiqişünaslar "Rast"-ı muğamların anası adlandırırdılar. "Rast" muğamı yalnız öz adını və səsqatarını deyil, hətta öz mayə (tonika) ucalığını da zəmanəmizə qədər mühafizə etmişdir. Bütün Yaxın Şərq xalqlarında "Rast" muğamının quruluşu və mayə ucalığı eynidir. Bu mayə kiçik oktavanın "sol" səsindən ibarətdir. Aşağıdakı müqayisədən aydın olur ki, indi bizim kicik oktavanın "sol"u adlandırılan ton hələ antik dövrdə "Rast" ladının ucalığını göstərirmiş. Ərəb İran və Avropa musiqişünaslarına görə, qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş.
Ton Yunanca Ərəb–Farsca mi Ay Nəva fa Merkuri (Ütarid) Busəlik sol Venera (Zöhrə) Rast lya Günəş Əraq si Mars (Mərrix) Üşşaq do Yupiter (Müştəri) Zirəfkənd re Saturn (Zühəl) Rəhavi (Rahab)
XIX əsr Səttar keçən əsrin 1860-cı illərində Tiflisdə verdiyi muğamat konsertləri ilə də böyük şöhrət qazanmışdır. O dövrdə Tiflisdə verilən muğamat gecələrində Səttar tarzən Ağamal ağa Məlikağamalov, kamançaçı Kevork, skripkaçı Mnatsakan ilə çıxış edərdi. Məşhur erməni musiqişünası V. Karqanov yazır:
XX əsrin erkən illəri XX əsrin əvvəllərində xanəndələrin iştirakı ilə verilən musiqili səhnəciklər və "Şərq konsertləri" istər vokal, istərsə də çalğı musiqisi ifaçılığının inkişafına imkan yaratmaqla "Şərq gecələri"nin də təşkilinə meydan açırdı. Tamaşaçıların estetik zövqünə müsbət təsir göstərən "Şərq gecələri"nin proqramı konsertlərə nisbətən bir qədər geniş və çoxcəhətli idi. Əgər konsertlərdə təkcə xanəndələr və aşıqlar iştirak edirdisə, "Şərq gecələri"ndə həm "Şərq konsertinə" yer verilər, həm də kiçik həcmli teatr tamaşaları göstərilər və axırda da rəqs təşkil olunardı. "Şərq gecələri"nin bir üstünlüyü də o idi ki, gecəyə gələn tamaşaçıların milli tərkibi müxtəlif olurdu. Bu isə kütlələrin beynəlmiləl tərbiyəsinə müsbət təsir göstərirdi.
Azərbaycanda ilk "Şərq gecəsi" Bakıda, 1907-ci ilin yanvar ayının 20-də Artistlər Cəmiyyətinin zalında "Müsəlman xeyriyyə cəmiyyəti" tərəfindən şəhər yoxsullarının xeyrinə təşkil olunmuşdur. Dörd şöbədən ibarət olan bu gecədə əsas yer "Şərq konserti"nə verilmişdir. Birinci şöbədə xalq çalğı alətləri orkestri "Arazbarı" ritmik muğamını çalmış, xanəndələr "Gülə-gülə" mahnısını xorla oxumuşlar. Bu dövrdə muğamın özünə görə forma quruluşu vardı. Ən kiçik muğam 5 şöbə və guşədən, ən böyüyü isə 40–50 şöbə və guşədən ibarət olurdu. 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəyovun "Leyli və Məcnun operası bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Operanın musiqisi, əsasən, muğam və təsniflər üzərində qurulmuşdur.
1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Azərbaycan musiqi tarixində ilk duet Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan "Yaylıq" mahnısıdır. 1925-ci ildə Üzeyir Hacıbəyovun rəhbərliyilə "Muğam şurası" tərəfindən qəbul edilmiş proqramda "Şüştər" səkkiz şöbə və guşəni əhatə edir.
Dəmir pərdə dövrü (1930–1960-cı illər) thumbnail|250px|1930-cu illərdə Cabbar Qaryağdıoğlunun "Heyratı" muğamını oxuması (onu tarda Qurban Primov və kamançada Qılman Salahov müşayiət edir).
SSRİ-nin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 1920–30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy muğam") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.