Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Allahyarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır.

Toponimikası 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Mil düzündə yerləşir.

Əhalisi Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı

Həmçinin bax

Kateqoriya:Beyləqan rayonunun kəndləri