Bolqarıstan–Şimali Makedoniya münasibətləri — Bolqarıstan Respublikası ilə Şimali Makedoniya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Hər iki ölkə Avropa Şurasının və NATO-nun üzvüdür. Bolqarıstan Avropa İttifaqının üzvüdür. Bolqarıstan 1992-ci ildə qonşusunun müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Hər iki dövlət 2017-ci ildə dostluq müqaviləsi imzalamışdır. Şimali Makedoniya 2004-cü ildən Aİ-yə üzv olmağa çalışır, Aİ hökumətləri isə 2020-ci ilin martında üzvlük danışıqlarına daxil olmaq üçün rəsmi icazə vermişdilər. Buna baxmayaraq, Şimali Makedoniya və Bolqarıstan mürəkkəb qonşuluq münasibətlərinə malikdir, beləliklə, Bolqarıstan faktoru Makedoniya siyasətində "B-kompleksi" kimi tanınır. Kyril Drezov, Bulgaria and Macedonia: Voluntary Dependence on External Actors in Democratic Consolidation in Eastern Europe Volume 2: International and Transnational Factors with Jan Zielonka and Alex Pravda as ed., Oxford University Press, 2001; , pp. 413-414.

2020-ci ildə Bolqarıstan kompromis təklif etmiş və Şimali Makedoniya həm millətlərin, həm də dillərin ortaq tarixi köklərə malik olduğunu tanıyacağı təqdirdə makedon dilini və milli kimliyini tanımağa razılaşmışdır. Bu təklif Şimali Makedoniya tərəfindən təhdid kimi rədd edilmişdir. Bolqarıstanın Şimali Makedoniya tarixinə təsirinin etirafı bir çox makedoniyalılar üçün olduqca problemlidir, çünki bu, İkinci Dünya müharibəsindən sonra Yuqoslaviya Makedoniyasının dərin antibolqar mövqeyinə əsaslanan milli dövlət quruculuğu narrativi ilə ziddiyyət təşkil edir. Şimali Makedoniya tarixşünaslığının digər revizionist istiqaməti ondan ibarətdir ki, onların milli tarixi daha əvvəl bolqar milli tarixşünaslığı tərəfindən mənimsənilmişdir.Paul Reef, Macedonian Monument Culture Beyond 'Skopje 2014'. From the journal Comparative Southeast European Studies. https://doi.org/10.1515/soeu-2018-0037 Postkommunist Bolqarıstanda şovinizmin və milli tarixi miflərin dərinləşməsi səbəbindən bolqar irredentizminin yenidən dirçəlməsi Şimali Makedoniyaya Bolqarıstan milliyətçiliyində Serbiya ideologiyasındakı Kosovonun yeri kimi rol vermişdir, çünki bolqarlar Makedoniya xalqının mövcudluğundan narazıdırlar, onları "süni" hesab edirlər və makedon dilinin bolqar dilinin dialekti olduğuna inanırlar.

Tarixi

Zəmin 15 yanvar 1992-ci ildə Bolqarıstan o zamankı Makedoniya Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.Republic of Macedonia, bilateral cooperation . Ministry of Foreign Affairs of the Republic of Bulgaria, official website, September 10, 2011. Bununla belə, Bolqarıstan ayrıca etnik Makedoniya millətininNegotiating Diplomacy in the New Europe: Foreign Policy in Post-Communist Bulgaria, Author Stefanos Katsikas, Publisher I.B.Tauris, 2012, , p. 163.Who are the Macedonians? Author Hugh Poulton, Publisher C. Hurst & Co. Publishers, 2000, , p. 214.Atlas of Eastern Europe in the Twentieth Century, Authors Richard Crampton, Benjamin Crampton, Publisher Routledge, 2016, , p. 233. və ayrıca makedon dilinin mövcudluğunu tanımaqdan imtina etmişdir. Bu narrativ etnik makedonların bolqar millətinin bir alt qrupu olduğunuAspen Institute Prague, 1/2016, Between Skopje and Sofia, Jan Muś. The agreement on Good Neighborly Relations between Bulgaria and Macedonia faces serious difficulties related to the crucial issue of nationality.The Politics of Language and Nationalism in Modern Central Europe, Author T. Kamusella, Contributor Peter Burke, Publisher Springer, 2008, , p. 253.Macedonia, Bradt Travel Guide, Authors Thammy Evans, Rudolf Abraham, 2015, , p. 42. və makedon dilinin bolqar dilinin dialekti olduğunu iddia edir.Encyclopædia Britannica-online, Bulgaria, transition period , Loring Danforth.The Princeton Encyclopedia of Self-Determination, Macedonia , Author: Jenny Engstrom. Bu düşüncə tərzi bəzi tədqiqatçılar tərəfindən Bolqarıstanda milliyətçi-kommunist Todor Jivkov rejiminin dövründən bəri kök salmış psevdoelmi addımlar kimi müəyyən edilmişdir Bu, iki ölkə arasında müqavilələrin imzalanması zamanı bəzi çətinliklərə səbəb olur. Bu cür müqavilələr sonunda bu uzun ifadə ilə imzalanır: "İki dövlətin rəsmi dillərində – Bolqarıstan Respublikasının Konstitusiyasına uyğun olaraq bolqar dilində və Şimali Makedoniya Respublikasının Konstitusiyasına uyğun olaraq, makedon dilində imzalanır".Agreement of free trade between the Republic of Macedonia and the Republic of Bulgaria , Stability Pact for Southeast Europe, Retrieved on 2012-02-29. Digər tərəfdən, Skopye Bolqarıstanda makedon icmasının mövcudluğunda israr edir. Bəzi mənbələr orada 750,000 "etnik makedon"un olduğunuMacedonia's Latest Propaganda Spree Invents 750 000 'Macedonians' in Bulgaria. 16, 2011, Novinite.com. bildirmişdir. Şimali Makedoniya hökuməti IX əsrdən İkinci Dünya müharibəsinin sonuna qədər əslən həmin regiondan olan Bolqarıstan tarixindən bir sıra şəxsiyyətlərə "etnik makedon" kimi yanaşır. Şimali Makedoniya Bolqarıstanla siyasi, iqtisadi və hərbi sahədə münasibətlərini inkişaf etdirmişdir. İki ölkənin hökumətləri işgüzar münasibətlərin yaxşılaşdırılması üçün çalışmışlar. Bolqarıstan həmçinin, Şimali Makedoniya Ordusuna tanklar, artilleriya və digər hərbi texnika bağışlamışdır. Bolqarıstan və Şimali Makedoniya arasında razılaşdırılmış mehriban qonşuluq münasibətlərini tənzimləyən qaydalar 22 yanvar 2008-ci ildə Sofiyada imzalanmış birgə memorandumla təsdiq edilmiş 22 fevral 1999-cu il tarixli Birgə Bəyannamədə müəyyən edilmişdir.Bulgarian Policies on the Republic of Macedonia: Recommendations on the development of good neighbourly relations following Bulgaria’s accession to the EU and in the context of NATO and EU enlargement in the Western Balkans. Sofia: Manfred Wörner Foundation, 2008. 80 pp. (Trilingual publication in Bulgarian, Macedonian and English)

2009-cu ildə Makedoniya Elmlər və İncəsənət Akademiyasının (MANU) mübahisəli ensiklopediya nəşrinə reaksiya verən Bolqarıstan xəbərdarlıq etmişdir ki, "NATO və Aİ-yə üzv olmaq istəyən bir ölkənin Soyuq müharibə dövrünün ideologiyasına xas terminologiyaya müraciət etməsi qəbuledilməzdir" və ensiklopediyanın "qonşuluq münasibətlərinin möhkəmlənməsi"nə və "nifrət nitqinin qarşısının alınmasına heç bir töhfə vermədi"yini bildirmişdir.Bulgaria joins growing criticism of Macedonian Encyclopedia. Independent News Agency Makfax, September 24, 2009.Kosovo Slams Macedonia Over Encyclopaedia . BalkanInsight.com, September 22, 2009.Macedonian Encyclopaedia To Be Changed . Eurasia Press and News, September 24, 2009.FYRMacedonia: "Macedonian Encyclopedia" withdrawn . EMportal, September 26, 2009.Macedonia embroiled in encyclopaedia row . Euractiv, October 13, 2009. Şimali Makedoniyada Bolqarıstan vətəndaşlarına və Şimali Makedoniya vətəndaşlarına qarşı inzibati, polis və digər təzyiq növləri ilə əlaqədar olaraq 4 avqust 2009-cu ildə Bolqarıstan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, "Bolqarıstan Makedoniya tərəfinin bu cür hallarda yanaşmasını, Şimali Makedoniya Respublikasının Avropaya inteqrasiyasına imkan verəcək dəyişikliklər etməyə hazırlığını qiymətləndirmək üçün meyarlardan biri kimi nəzərdən keçirəcək".Bulgarian Ministry of Foreign Affairs. Official website, August 4, 2009. Bolqarıstan Şimali Makedoniyanın Avropa İttifaqına daxil olması üçün Bolqarıstanın dəstəyini təmin etmək üçün iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə zəmanət verən müqaviləni (1999-cu il Birgə Bəyannaməsinə əsaslanaraq) imzalamağı təklif etmişdir.Bulgaria's Position Concerning Macedonia Unchanged – Kalfin. The Sofia Echo, July 31, 2006.Bulgaria Treaty Proposal Called 'Indecent'. BalkanInsight, March 17, 2010. Son bir neçə il ərzində minlərlə Şimali Makedoniya vətəndaşı Bolqarıstan vətəndaşlığı üçün müraciət etmişdir. Onların arasında Şimali Makedoniyanın keçmiş baş naziri Lyubko Georgiyevski də var.Macedonia’s Former PM Ljubco Georgievski Received Bulgarian Citizenship , Macedonian News, July 16, 2006 Müraciət edənlərdən 90,000-dən çoxu artıq Bolqarıstan pasportu əldə etmişdir. Bolqarıstan vətəndaşlığına müraciət edən Şimali Makedoniya vətəndaşları pasport əldə etmək üçün bolqarmənşəli və bolqar milli şüuruna sahib olduqlarını sübut etməlidirlər. 1 yanvar–18 noyabr 2011-ci il tarixləri arasında Bolqarıstan Vətəndaşlıq Şurası vətəndaşlıq üçün 22,241 müraciətə baxmış, onlardan 13.607-si təsdiqlənmişdir.Како преку ноќ се станува Бугарин, Утрински весник, December 22, 2011Македонци на брза лента за бугарски пасош , Утрински весник, December 23, 2011Macedonia Suffers from 'Bulgarian Citizenship Syndrome' , Sofia News Agency

Dostluq müqaviləsi Bolqarıstan və Şimali Makedoniya hökumətləri 1 avqust 2017-ci ildə iki Balkan dövləti arasında münasibətləri gücləndirmək üçün dostluq müqaviləsi imzalamışdılar. "Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında" adlanan müqavilə 15 yanvar və 18 yanvar 2018-ci il tarixlərində Şimali Makedoniya Respublikası və Bolqarıstan parlamentləri tərəfindən ratifikasiya edilmişdir. 2018-ci ildə mübahisəli, tarixi və maarifləndirici məsələlərin qaldırıla və müzakirə oluna biləcəyi bir forum kimi fəaliyyət göstərmək üçün tarixi və təhsil məsələləri üzrə birgə komissiya təsis edilmişdir. Məlumatlara görə, bu komissiya bir il ərzində öz işində çox az irəliləyiş əldə etmişdir.Georgi Gotev, Borissov warns North Macedonia against stealing Bulgarian history. EURACTIV.com. Jun 20, 2019.

2019-cu ilin oktyabrında Bolqarıstan Şimali Makedoniya Bolqarıstanın ölkədə "antibolqar ideologiyası" kimi qəbul etdiyi bir sıra tələbləri yerinə yetirmədiyi halda Aİ-yə üzvlük prosesini əngəlləyəcəyi barədə xəbərdarlıq edərək "çərçivə mövqeyi" ortaya qoymuşdur.Sinisa Jakov Marusic, Bulgaria Sets Tough Terms for North Macedonia’s EU Progress Skopje. BIRN; October 10, 2019. 2020-ci ilin oktyabrında Bolqarıstan kompromis təklif etmiş və Şimali Makedoniya onların tarixən bolqar köklərinə malik olduğunu qəbul etdiyi təqdirdə makedon dilini və Makedoniya kimliyini tanımağa razılaşm;.d;r. Xarici Işlər naziri Yekaterina Zaxariyeva qeyd etmişdir ki, "biz reallığı etiraf etməyə hazır olduğumuz kimi, onlar da keçmişi etiraf etməlidirlər". Bu təklif Şimali Makedoniya tərəfindən rədd edilmişdir. Şimali Makedoniya pprezidenti Stevo Pendarovski və baş nazir Zayev, makedon dilinin və kimliyinin Bolqarıstanla tarixən bağlı olub-olmaması ilə bağlı nə danışıqlar apardıqlarını, nə də heç vaxt danışıqlar aparmayacaqlarını açıqlamışdılar. Nəticədə, 17 noyabr 2020-ci ildə Bolqarıstan Avropa İttifaqının Şimali Makedoniya üçün danışıqlar çərçivəsini təsdiqləməkdən imtina etmiş, bu ölkə ilə üzvlük danışıqlarının rəsmi başlamasına faktiki mane olmuşdur.Bulgaria blocks EU accession talks with North Macedonia. Nov 17, 2020, National post. Almaniya və Aİ qurumları Sofiyanın qeyri-konstruktiv davranışını tənqid etmişlər. Polşalı politoloq Tomaş Kamusellanın fikrinə görə, Bolqarıstanın Aİ üzvlüyü Moldovadan tutmuş Şimali Makedoniya və Albaniyaya qədər bütün regionda bolqar etnosiyasi təsirini yaymaq üçün Aİ-yə namizəd dövlətlərə təzyiq vasitəsi kimi silahlandırılmamalıdır.