Yorqo Aloqoskufis (; ) 1990-cı ildən Afina İqtisadiyyat və Biznes Universitetində fəaliyyət göstərən iqtisadiyyat professorudur. O, 1996-cı ildən 2009-cu ilin oktyabr ayınadək Yunanıstan parlamentinin üzvü olmuş və 2004-cü ilin mart ayından 2009-cu ilin yanvar ayınadək Yunanıstanın iqtisadiyyat və maliyyə naziri vəzifəsində işləmişdir.

Arxa plan, akademik və siyasi karyerası

Yorqo Aloqoskufis 17 oktyabr 1955-ci ildə Afinada anadan olmuşdur.Curriculum Vitae at Hellenic Parliament website.

Aloqoskufisin iqtisadiyyat və maliyyə naziri olduğu müddətdə çox populyar olmasa da, Yunanıstanın 2004-cü ildəki yüksək defisitini azaltmağa müvəffəq olan büdcə kəsirlərinə nəzarət etmək üçün bir sıra iqtisadi struktur islahatları və fiskal düzəlişlər həyata keçirmişdir. Eyni dövrdə Yunanıstanın ümumi daxili məhsul həcmi Avrozonada ən yüksək artım templərindən birində artmışdır. İşsizlik səviyyəsi də xeyli miqarda azalmışdır."The Minister of Sound" Article about G. Alogoskoufis in the Belgian newspaper European Voice, published by the Economist Group."Rising prosperity brings feel-good factor" Article in the Financial Times on the Greek economy."With little fanfare, Greece has become one of Europe's best-performing economies and stock markets" Article in Forbes on the Greek economy.

2004-2007-ci illər ərzində korporativlərin və fiziki şəxslərin gəlir vergiləri azaldılmışdır. O, özəl sektorla geniş bir formada işləmiş və 6 milyard avrodan çox dövlət aktivini satmışdır.

Lakin aparmış olduğu bu islahatlar 2010-cu ildə baş vermiş Yunanıstanın xarici borc böhranının qarşısını almaq üçün kifayət etməmişdir.

İstinadlar