"Sevinc üçün" oda () — Fridrix Şiller tərəfindən 1785-ci ildə yazılmış oda. 1786-cı ildə Leypsiqdə çıxan "Taliya" jurnalında nəşr edilmişdir. Oda 1793-cü ildə yenidən işlənmiş və sonradan müxtəlif bəstəkarlar tərəfindən bir neçə dəfə ona musiqi bəstələnmişdir.
Ən məşhuru 1823-cü ildə Bethoven tərəfindən bu oda üçün bəstələnmiş və məşhur 9-cu simfoniyaya daxil edilmiş musiqidir.
1972-ci ildə Avropa Şurasının, 1985-ci ildən isə Avropa Birliyinin (1993-cü ildən Avropa İttifaqının) rəsmi himni kimi qəbul edilmişdir.
1974-cü ildə bu melodiya əsasında Cənubi Rodeziya dövlət himni " Daha yüksək səslən, Rodeziyanın səsi " qəbul edildi.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə mahnılar Kateqoriya:1824-cü ildə yarananlar