Con Uoker — ingilis kimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı, Kembric|Kembricdəki Tibbi Tədqiqatlar Şurasının Dann İnsan Qidalanma Birliyinin direktoru.
Bioqrafiyası və elmi işi Con Uoker Halifksda anadan olub və uşaqlığını kənddə keçirib. 1964-cü ildə Oksford Universitetinin Müqəddəs Yekaterina Kollecini bitirmiş və 1969-cu ildə həmin universitetdə peptid antibiotikləri mövzusunda dissertasiya işi etmişdir.
Bundan sonra C.Uoker xaricdə işləmişdir: ABŞ-da Madisondakı Viskonsin Universitetində (1969-1971 il), Fransada Give-sur-Yvette və Pasteur İnstitutunda (1971-1974 il). Daha sonra C.Uoker İngiltərəyə qayıtdı və burada İngiltərənin ən mühüm tədqiqat mərkəzlərindən biri olan Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasında işləməyə başladı. 1978-ci ildə o, mitoxondrial membran zülallarını (əsasən ATP sintaza) öyrənməyə başladı. Uoker hüceyrədə ATP sintezinin enzimatik təbiətini kəşf etdi. 1997-ci ildə Uoker Pol Boyerlə birlikdə bu kəşfə görə kimya üzrə Nobel mükafatını aldı.
İctimai fəaliyyəti 2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года..
Mükafatları
London Kral Cəmiyyətinin cəngavər bakalavr üzvü (1995 il) Kopli medalı (1997 il) Kimya üzrə Nobel mükafatı (1997 il) Avropa Molekulyar Biologiya Təşkilatının üzvü (1984 il)
İstinadlar
Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Dei Linçei Akademiyasının üzvləri Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Alimlər Kateqoriya:İngiltərə kimyaçıları Kateqoriya:Cəngavər bakalavrları