– Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır.

Həyatı 17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır. "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur.

1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir.

Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro" və "Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir. 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir. Ən son seyyu işi 2024-cü ildə buraxılmış "Dead Dead Demon's Dededede Destruction" anime filmi olmuşdur. "Fushigi no Kuni no Alice" və "Katsugeki Shōjo Tantei Dan" kimi animelərin mahnılarını ifa etmişdir. Tarako "Waku Produce" adlı teatr qrupunun rəhbəri olmuşdur. 2016-cı ildə sinerji kateqoriyası üzrə, 2019-cu ildə isə ailə/uşaqlar kateqoriyası üzrə Seyyu Mükafatına layiq görülmüşdür. 2017-ci ildə nəşr olunmağa başlayan "Heaven's Design Team" manqasının illüstratoru idi.

2024-cü ilin əvvəllərində xəstəlikdən əziyyət çəkdiyi açıqlanmış, 4 mart 2024-cü ildə ölmüşdür.

Filmoqrafiya

Qeydlər

İstinadlar

Kateqoriya:Yaponiya səs aktrisaları Kateqoriya:Anime ssenaristləri Kateqoriya:Yaponiyanın qadın müğənniləri Kateqoriya:Yaponiya teatr aktrisaları