London paktı və ya London müqaviləsi 26 aprel 1915-ci ildə Böyük Britaniya, Fransa, Rusiya və İtaliya arasında bağlanmış gizli razılaşmadır. Bu müqavilə ilə İtaliyaya şimal-şərqdə Birləşmiş İtaliyanı tamamlamaq istədiyi torpaqlar verildi, həmçinin Albaniya sahillərindəki Avlonya, On iki Adalar, Qərbi Anadoluda Antalya və Konya bölgəsi, Afrikadakı bəzi alman koloniyaları da vəd edildi. Bundan əlavə, Trablisda Osmanlı imperatorluğuna aid bütün hüquq və imtiyazlar da İtaliyaya keçdi.
Bu hadisədən sonra İtaliya 3 may 1915-ci ildə müttəfiq dövlətlərin ittifaqından ayrıldı, 23 may 1915-ci ildə Almaniya və Avstriya-Macarıstan imperiyasına müharibə elan etdi.I. Dünya Savaşı sonunda Müttefik devletlerinin galibiyeti durumunda, Anadolu'da ve Orta Doğu'da hangi bölgelerin hangi Müttefik ülkeye vadedildiğini gösteren harita. New York Times, 12 mart 1922 tarihli makale.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:İtaliyanın modern tarixi Kateqoriya:Yuqoslaviya tarixi Kateqoriya:Tarixi sənədlər