Immunity — ABŞ müğənnisi Clairo-nun debüt studiya albomu. 2 avqust 2019-cu ildə "Fader Label" tərəfindən buraxılıb. Albomun prodüserliyini Clairo Vampire Weekend qrupunun keçmiş üzvü Rüstəm Batmanqılıc ilə birlikdə etmişdir.

Fon Clairo "Diary 001"-in adınca bir neçə ədəd mahnı və birgə əməkdaşlıq trekləri yayımlayıb. 2018-ci ildə o, skeytbordçulardan bəhs edən dram filmi "Skate Kitchen"-in saundtreki üçün "Heaven" adlı mahnı yazıb. Clairo həmçinin müğənnilər Cuco və SG Lewis ilə bərabər mahnılar səsləndirib. O, 2019-cu ildə Wallows qrupunun "Nothing Happens" albomunda yer alan "Are You Bored Yet?" sinqlında iştirak etmişdir. 24 may 2019-cu ildə Clairo "Immunity" albomundan ilk sinql olan "Bags"-i təqdim edib. Həmin gün albomun avqustda buraxılacağını bildirib.

Kompozisiya Albom soft rok, bedroom pop (lou-fay), elektropop və indi-pop kimi xarakterizə olunur.

Tur Clairo 2019-cu ilin sentyabr ayından başlayaraq Şimali Amerikada konsert turu təşkil etmişdir. O, Metro Chicago və Paradise Rock Club kimi məkanlar da daxil olmaqla ümumilikdə 31 konsert verdi. Turun final konserti 2019-cu ilin noyabrında Bostonda baş tutmuşdur. Konsertdə onunla yanaşı Beabadoobee və Hello Yello da iştirak edib.

Trek siyahısı

İstinadlar

Kateqoriya:2019-cu ilin debüt albomları Kateqoriya:Clairo albomları Kateqoriya:Fader Label albomları Kateqoriya:Prodüserliyi Rüstəm Batmanqlic tərəfindən edilmiş albomlar