Mister Olimpiya 1975 — Bodibildinq üzrə ən populyar yarışın sayca onbirincisi. (IFBB) təşkilatçılığı ilə 1975-ci ilin 8 noyabrında, CAR-ın Pretoriya şəhərində keçirilmişdir. Bu yarışmada 1977-ci ildə ekranlara çıxmış "Pumping Iron" sənədli filminin çəkilişləri aparılmışdır. Sənədli filimdə Arnold Şvartseneggerlə Lu Ferrino arasındakı yarış öncəsi və yarış zamanı olan rəqabət lentə alınmışdır.

Nəticələr Ümumi mükafat fondu 2500 dollar idi.

200 funta (90,7 kq) qədər YerMükafatİştirakçı1Franko Kolumbu, 2Ed Korni, 3Albert Beklez,4Frank Zeyn, 5Cuzeppe Deiana,

200 funtdan (90,7 kq) yuxarı YerMükafatİştirakçı1Arnold Şvartsenegger, 2Serj Nyubre, 3Lu Ferrino,

Mütləq çempion YerMükafatİştirakçı11000Arnold Şvartsenegger, Mütləq çempionu seçmək üçün 7 hakimdən dördü Arnold Şvartseneggerə, üçü isə Franko Kolumbuya səs verdi. Bununla da Arnold Şvartsenegger 6-cı dədə Mister Olimpiya tituluna sahib oldu. O yarışın sonunda peşəkar idmandan getdiyini açıqladı. Baxmayarq ki, 1980-cı ildə yenidən yarışmalara qatılmış və 7-ci dəfə Mister Olimpiya titulunu qazanmışdır.

İstinadlar

Xarici keçidlər

Mr. Olympia

Kateqoriya:1975-ci ildə bodibildinq Kateqoriya:Mister Olimpiya yarışları