thumb|230x230px| Əvvəllər əhalisi olan kürd kəndi.
Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri — Türkiyə Silahlı Qüvvələri tərəfindən Türkiyə ərazisində əhalisi kürdlərdən ibarət olan boşaldılmış kəndlər. Onların sayının 3,000 civarında olduğu təxmin edilir. 1984-cü ildən Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyasının kökünü kəsmək üçün kampaniyaya başlamışdır. 2000-ci ilə qədər 30,000-ə yaxın insan həlak olmuş, iki milyon kürd qaçqın isə evlərini tərk edərək şəhərlərə köçmüşdür.Ferhad Ibrahim, Gülistan Gürbey. The Kurdish conflict in Turkey: obstacles and chances for peace and democracy , Palgrave Macmillan, 2000. pg. 167. Dahlman, Carl. The Political Geography of Kurdistan pg. 11
Yaşayış məntəqələri Humanitar Hüquq Layihəsinə görə, Türkiyə hökuməti tərəfindən 2,400 kürd kəndi dağıdılmış, 18 min kürd edam edilmişdir. Digər hesablamalara görə, dağıdılmış kürd kəndlərinin sayı 4,000-dən çoxdur. Ümumilikdə 3,000,000-a qədər insan (əsasən kürdlər) didərgin düşmüşdür.
Kürd İnsan Hüquqları Layihəsi kəndlərin əhalisinin boşaldılmasını (evakuasiyasını) 5 mərhələyə bölür:
1985–1989-cu illərdə ilkin mərhələ 1990–1991-ci illərdə sentralizasiya mərhələsi 1992–1993-cü illərdə kəndlərin sistematik boşaldılması mərhələsi 1994-cü ildə kəndlərin boşaldılmasının eskalasiya mərhələsi 1995–2001-ci illərdə daha digər kəndlər boşaldılmışdır
2009-cu ilin məlumatına görə, 1,000,000 nəfər hələ də məcburi köçkündür.
İstinadlar
Xarici keçidlər Kurds Are Finally Heard: Turkey Burned Our Villages THE DEFENCE OF HUMAN RIGHTS
Kateqoriya:Kürdlərin təqibi Kateqoriya:Daxili miqrasiya Kateqoriya:Türkiyənin yaşayış məntəqələri