Tramp Tauer (Tramp qülləsiСоловьёв В. 45-й президент — М., 2017 — С. 79Титков В. Дональд Трамп. Кошмар неоконов или тонкая игра элит — М.: Книжный мир, 2016, ) — Nyu-Yorkda yerləşən və hündürlüyü 202 metr olan 68 mərtəbəli göydələn. Beşinci prospektdə, 56-cı küçə ilə kəsişmədə yerləşir. Qarışıq formatda istifadə olunur (ofislər, mağazalar, otellər, lüks mənzillər). Göydələn Donald Tramp və Equitable Life Assurance Company tərəfindən tikilib. Tikintisi 30 noyabr 1983-cü ildə başa çatdırılmışdır.
2006-cı ildə Forbes jurnalı Trump Tower-i 318 milyon dollar dəyərində qiymətləndirdi .
16 iyun 2015-ci ildə Donald Tramp öz qülləsində prezidentlik yarışına qatılacağını elan etmişdir. 9 noyabr 2016-cı ildə Donald Tramp Trump Towerdə ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini elan etmişdir.
2017-ci il yanvarın 11-də Tramp ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransını keçirib.
2021-ci ildən binanın rəsmi sahibi GMAC Commercial Mortgage şirkətidir.
İstinadlar
Kateqoriya:Donald Tramp Kateqoriya:Beşinci prospekt (Manhetten) Kateqoriya:Midtaun-Manhetten Kateqoriya:Manhettendəki yaşayış göydələnləri