Müsnəd İmam Əhməd () — Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu.

Müəllif

Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb.

15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu Yusif və Şafii ilə görüşmüşdür. O, Hicaz, Suriya və İraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır.

Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.

Kitabın təsviri Məcmuənin "Müsnəd" () adı ona görədir ki, bu əsərdə hədislər əhatə olunan mövzuya ("Muvatta" və ya "Səhih əl-Buxari"də olduğu kimi) deyil, Məhəmməd peyğəmbərdən səhabələrdən hansından alınmasına görə toplanmışdır. "Müsnəd"də hədislərin sayı 40 minə çatır ki, Əhmədin bildiyi 700 minə yaxın hədis arasından seçmişdir. Bunlardan 10 minə yaxın hədis bu və ya digər şəkildə təkrarlanır. Hədislərin nəql olunduğu Məhəmmədin səhabələrinin sayı 904 nəfərdir.

"Müsnəd"in mətnində müəllifin özünün topladığı hədislərdən əlavə, kitabın iki əsas ravisindən (rəvayətçi) az sayda hədislər var: Əhmədin oğlu Abdullah ibn Əhməd və Əbu Bəkr əl-Qatii ().

Müsnədin araşdırılması Aşağıdakı kitablar Əhməd ibn Hənbəlin yaradıcılığının öyrənilməsi və araşdırılmasınma həsr edilmişdir:

Hasais əl-Müsnəd Hafiz Əbu Musa əl-Mədini (vəfatı hicri 581). əl-Məsəd əl-Əhməd fi xətm Müsnəd əl-İmam Əhməd hafiza Şəmsuddin İbn əl-Cəzəri (hicri 833-cü ildə vəfat etmişdir). əl-Qaul əl-musaddad fi-z-zabb ’an əl-Musnəd, Hafiz İbn Həcər əl-Əsqəlani. Zeyl Kaul əl-müsəddad qədiyyə Məhəmməd Sibqatullah əl-Midrasi.

İstinadlar

Kateqoriya:Sünni hədis topluları Kateqoriya:İslam