Sünəni-Səid ibn Mənsur () — Məhəmmədin həyat və fəaliyyətinə dair sünni mühəddis Səid ibn Mənsur tərəfindən tərtib edilmiş hədislər toplusu.

Müəllif Əbu Osman Səid ibn Mənsur əl-Xorasani Cövzcanda (müasir Əfqanıstan) anadan olub və Bəlxdə İslam elmlərini öyrənməyə başlayıb. O, müsəlman dünyasını geniş şəkildə gəzmiş, sonra Məkkəyə yerləşmiş və 842-ci ildə orada vəfat etmişdir.

Kitabın təsviri "Sünəni-Səid ibn Mənsur" Məhəmməd peyğəmbərin səhabələri haqqında hədis və rəvayətlərin ən mühüm və ən qədim mənbələrindən biri hesab olunur. Səid ibn Mənsura rəvayət mənbəyi kimi etibarın dərəcəsini imamlar Əhməd ibn Hənbəl, Müslüm ibn Həccac, Əbu Davud və başqalarının ondan hədislər nəql etmələri sübut edir.

"Sünəni-Səid ibn Mənsur" digər məcmuələrdən onunla fərqlənir ki, burada hədislərlə yanaşı, xəlifə Ömər ibn Xəttabın dövründə Məhəmməd peyğəmbərin səhabələrinin həyatından hadisələr də yer alır.

Səid ibn Mənsurun məcmuəsində tematik fəsillərə (əbvab) bölünmüş 2791 hədis vardır.

İstinadlar

Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları