Alkmar — Hollandiyanın Şimal-Qərbində, Noord Holland əyalətində (provincie) yerləşən bir bələdiyyədir (gemeente). Şimal dənizinə 10 km məsafədə yerləşən Şimali Hollandiya kanalı üzərində tikilmiş olan şəhərdir. Alkmaar sözünün mənası başdan sona bataqlıq və ya başdan sona dəniz deməkdir.
thumb|Alkmar şəhərinin sahilindən görüntü
Mal-qara, süd məhsulları və tərəvəzlərin satıldığı bir mərkəz olan şəhər, eyni zamanda da, apreldən oktyabr ayına qədər davam edən və hər cümə günləri təşkil edilən pendir bazarları (Kaasmarkt) ilə də məşhur bir turizm mərkəzlərindən birinə çevrilmişdir. Şəhərin ən məşhur tikililəri Weighhouse (1582) və St. Laurens Kilsəsi (1470–1520) hesab olunur. AZ Alkmar şəhərinin futbol komandasıdır. Əhalisi isə 2006-cı ilin statistik məlumatlarına əsasən 94,477 nəfər təşkil edir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
– City of Alkmaar
Kateqoriya:Niderland şəhərləri