Gennadi Valeryeviç Jidko (; ) — Rusiya hərbçisi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki idi. O, 2017-ci ildə Suriyaya göndərilən Rusiya qüvvələrinin qərargah rəisi vəzifəsində xidmətinə görə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüşdür. Bu tapşırıqdan sonra Jidko Şərq Hərbi Dairəsinə komandanlıq etmiş və Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinə rəhbərlik etmişdir.

2022-ci ilin may ayının sonlarında Jidkonun Rusiyanın Ukraynaya hücumu zamanı ordu generalı Aleksandr Dvornikovu əvəz edərək rus qoşunlarına rəhbərlik etdiyi bildirilmişdir. 2022-ci ilin oktyabrında onu Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı olaraq ordu generalı Sergey Surovikin əvəz etmişdir.

İstinadlar

Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:SSRİ tankçıları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları