İkinci Şimali Suriya Bufer Zonası, həmçinin Soçi sazişi və ya Soçi razılaşması (, ) — Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında bufer zona. Bu, 2019-cu ildə Türkiyənin Suriyanın şimal-şərqinə hücumu zamanı Rusiya və Türkiyə prezidentləri tərəfindən 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində imzalanmış anlaşma memorandumu əsasında yaradılmışdır. Regionun böyük hissəsi Suriya Ordusu və Rusiya Hərbi Polisi, bir hissəsi isə TSQ tərəfindən idarə olunur.
Soçi razılaşması right|thumb|229x229px| Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (solda) Rusiya prezidenti Vladimir Putinin (sağda) əlini sıxıb. Razılaşma Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən diplomatik zirvə görüşündə müzakirə edilmişdir. Müqavilə üzrə danışıqların yekunlaşdırılması altı saat yarım çəkmişdir.
Aparılan danışıqlardan sonra əldə edilən anlaşma memorandumuna əsasən, Suriyanın şimalında İkinci Şimali Suriya Bufer ZonasıConsensus in Sochi — Erdogan: Russia informed the authorities that the terrorist organizations were removed from the safe zone , via Google Translate, October 29, 2019 regionda davam edən münaqişəni sona çatdırmaq məqsədilə bufer zona kimi formalaşdırılmışdır.
İstinadlar
Xarici keçidlər BBC article containing a map of the Second Northern Syria Buffer Zone Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Suriya Kürdüstanı Kateqoriya:Suriya Demokratik Qüvvələri Kateqoriya:2019-cu ildə Suriya Kateqoriya:Rusiyanın müqavilələri