Mərceyi-təqlid və ya Mərce (, ) — Şiə məzhəbi olan Cəfəriliyin fiqhi məktəblərindən biri olan Üsulliyə görə, fətvası tətbiq edilən ictihadı olan ən mötəbər ayətullaha verilən addır. Bu məqama çatan ayətullahlara "ən üstün olan" mənasını verən "əl-uzma" sifəti əlavə edilir və beləliklə, onlara böyük ayətullahlar deyilir. Təqlid üçün müraciət edəcək şəxs mənasını verən bu başlıq XVIII əsrin sonlarından qəbul edilmişdirHamid Algar, TDV İslâm Ansiklopedisi, cilt: 29, sayfa: 172.
İstinadlar
Həmçinin bax Mərceyi-təqlidlərin siyahısı
Kateqoriya:Cəfərilik Kateqoriya:Ayətullahlar Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İran mədəniyyəti Kateqoriya:İslam terminləri Kateqoriya:İslam hüququ