Reyno fenomeni () – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir.F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022

Reyno fenomeni I 15–30 yaşlı qadınlarda başlayır, trofik pozğunluqlar nadir hallarda rast gəlir. Dırnaq yatağı kapillyaroskopiyasında və seroloji müayinədə dəyişiklik yoxdur.

Reyno fenomeni II 30–40 yaşda, tutmada zədələnmənin asimmetrik olması, revmatik (ilk növbədə SSk) və digərin aşkarı, trofik pozğunluqlar, dırnaq yatağında dəyişiklik, autoantitellərin pozitivliyi.

Reyno fenomeni uşaqlarda Xüsusilə cavan qızlarda olur, vazomotor qeyri stabillikdən, akrosianozdan, nadir hallarda virus infeksiyasından sonra yaranan daimi soyuq və göyərmiş əl və ayaqların vazospastik pozğunluqlarından ayırmaq lazımdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sindromlar Kateqoriya:Revmatologiya Kateqoriya:Damarla əlaqəli dəri xəstəlikləri Kateqoriya:Kəşf edənin adını daşıyan xəstəliklər Kateqoriya:Autoimmun xəstəlikləri Kateqoriya:Arteriyaların, arteriolların və kapilyarların xəstəlikləri