Maqdalena Roqman (; ) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı.
Həyatı Maqdalena Roqman 13 yanvar 1632-ci ildə Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Maqdalena qardaşı Rolant Roqman və böyük bacısı Gertruda Roqman anası vasitəsilə məşhur rəssam Rolant Savereyin nəvəsi sayılırdı. Çünki Roland Saver anaları Mariya Yakobs Savereyin əmisi idi.Magdalena Roghman in the :en:RKD Maqdalena 1669-cu ildə Jan Rulof Heisterlə ailə qurub. Onun uşaqlarının olub-olmadığı, harada və nə vaxt öldüyü məlum deyil.Roghman, Magdalena in het :en:Digitaal Vrouwenlexicon van Nederland
O, böyük qardaşı məşhur rəssam Rolant və böyük bacısı Gertruda kimi qravür düzəldirdi. O, daha çox Jan Baranın 1650-ci ildə Amsterdamda nəşr edilmiş "Herstelde vorst, ofte Geluckigh Ongeluck" adlı kitabındakı iki qravüradan tanınır. Bu əsər Amsterdamdakı Reyksmüzyemun çap otağında mühafizə olunur.Geertruydt Roghman on :en:inghist
İstinadlar
Xarici keçidlər Magdalena Roghman on :en:historici.nl
Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Flamand intibah rəssamları