Musa Küçük () — podratçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Musa Küçük 1972-ci ildə Gümüşhane ilində anadan olub. İbtidai və orta təhsilini İstanbulda alıb. Bəyoğlu Sənaye Peşə Liseyindən məzun olub.

Uzun illər inşaat sənayesində çalışıb. Gümüşhanespor İdman Klubunun prezidenti vəzifəsində çalışıb. SONSAM Strateji Araşdırmalar İnstitutunun qurucu prezidenti olub.

MHP üzvüdür. 2002-2007-ci illərdə MHP İstanbul Kağıthane ilçəsi şöbəsinin sədr müavini, 2007-2011-ci illərdə isə MHP İstanbul il şöbəsinin sədr müavini olub. Üç dəfə MHP İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.

2023-cü ildə MHP namizədi olaraq Gümüşhane ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.

Evli və 3 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları