İsmayıl Özdəmir () — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı İsmayıl Özdəmir 1985-ci ildə Eskişehir ilində anadan olub. İbtidai və orta təhsilini Kayseridə alıb. 2007-ci ildə Ərciyəs Universiteti Maşınqayırma Bölməsindən məzun olub. 2013-cü ildə həmin universitetin magistr dərəcəsi alıb.

2005-2007-ci illərdə ali təhsil alan tələbələrin yeganə təmsil olunduğu Milli Tələbə Şurasının sədri olub. 2007-ci ildə Kayseri Maşın Mühəndisləri Palatasına üzvü olub. Əməyin mühafizəsi, enerji və xarici siyasət mövzuları üzrə araşdırmaları və tədqiqatları olub. 2008-2018-ci illərdə “Ortadoğu” qəzetində məqalələri dərc olunub, “Kutlu Sesleniş” jurnalında isə rəhbər vəzifədə çalışıb.

Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavini və MHP İdarə Heyəti üzvü vəzifələrində çalışıb. Devlet Bahçeli Vəqfinin Qəyyumlar Şurasının üzvüdür.

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kayseri ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Ərciyəs Universitetinin məzunları