Ömər Faruk Gergerlioğlu () — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı.
Həyatı Ömər Faruk Gergerlioğlu 1965-ci ildə İsparta ilində anadan olub. Bursa İmam-Hatip Liseyindən və Anadolu Universiteti Tibb Bölməsindən məzun olub.
Uzun illər dövlət xəstəxanalarında çalışıb. İstanbulda Süreyyapaşa Göğüs Xəstəxanasında vərəm üzrə ixtisaslaşıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 6 yanvar 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
İnsan Hüquqları və Məzlum İnsanların Həmrəyliyi Dərnəyinin (MAZLUMDER) 2003-cü ildə Kocaeli şöbəsinin sədri, 2007-2009-cu illərdə isə qurumun sədri olub. İnsan hüquqları mövzularında məqalələri dərc olunub.
Bir müddət AK Partiya, daha sonra isə HDP və DEM üzvü olub.
2017-ci ildə Konstitusiya referendumundan əvvəl islam seqmentindən yazıçı və siyasətçilərin təmsil olunduğu Haqq və Ədalət Platformasının üzvü olub. Sosial media hesablarında dərc olunan paylaşımlarına görə barəsində Kocaeli 2-ci Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. 20 avqust 2016-cı ildə T24 xəbər saytında dərc olunan məqaləsində “Dövlət addım atsa, 1 aya sülh gələr” sözlərinə görə terror qrupunun təbliğatını aparmaqda günahlandırılaraq həbs cəzası alıb.
Barəsində istintaq davam edən zaman — 2018-cı ildə HDP namizədi olaraq Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
2021-ci il martın 17-də TBMM iclasında Yargıtayın 16-cı Cəza Dairəsi tərəfindən təsdiq edilən həbs cəzası ilə bağlı təqdim edilən Prezidentin təqdimatından sonra o, deputat səlahiyyətlərindən azad edilib. Konstitusiya Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə onun siyasətlə məşğul olmaq hüququnun pozulduğuna qərar verib və 16 iyul 2021-ci ildə deputat səlahiyyətləri bərpa edilib.
2023-cü ildə Kocaeli ilindən Yaşıl Sol Partiyasının namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Ərəbcə və ingiliscə bilir. Evli və 3 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:XX əsr Türkiyə yazıçıları