Xalidə Türkoğlu () — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Xalidə Türkoğlu 1985-ci ildə Diyarbəkir ilində ilçəsində anadan olub. Anadolu Universiteti Ədəbiyyat Bölməsindən məzun olub.

Kürd qadınları və qadına şiddət mövzularında araşdırmalar aparıb. 2014-cü ildən Diyarbəkir ilinin Çinar ilçə bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb. Azad Qadınlar Konqresinin (KJA) üzvü olub. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə tutduğu vəzifədən azad edilib.

2016-cı ildə Azad Qadınlar Konqresinə (KJA) və Kürd Dili Araşdırma Dərnəyinə (KURDİ DER) üzv olduğuna görə barəsində açılan istintaqa cəlb edilib. 7 aprel 2021-ci ildə Diyarbəkir 9-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

2017-2020-ci ilərdə Bölgələr Partiyası (DBP) Məclis üzvü və həmsədr müavini, 2020-2023-cü illərdə isə HDP Məclis üzvü vəzifələrində təmsil olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.

Kürdcə, ingiliscə və ispanca bilir. Subaydır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları