Ömər Öcalan () — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı.

Həyatı Ömər Öcalan 1987-ci ildə Şanlıurfa ilinin Halfeti ilçəsində anadan olub. Ankara Universiteti Ünsiyyət Bölməsindən məzun olub.

DBP, HDP və DEM üzvü olub. 2014-2016-cı illərdə Bölgələr Partiyası (BDP) Mardin il şöbəsinin həmsədri olub.

2018 və 2023-cü illərdə Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci və 28-ci çağırışlarda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.

Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın qardaşı oğludur.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Öcalan ailəsi