Təqaüd ( — oturaq), qanunla təyin edilmiş, tələbələrə, təhsildə, yaradıcılğında uğur qazanan, çalişdığı sahədə fərqlənən insanlara, veteran idmançı, alim, dövlət, səhiyyə və incəsənət xadimi, mühəndis və s. peşə sahiblərinə müntəzəm surətdə verilən pul yardımı. Təqaüdlər həm dövlət, həm də müxtəlif fond, şirkət, təşkilat və insanlar (mesenatlar) tərəfindən verilə bilər.
Tarixi Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
İstinadlar
Kateqoriya:İqtisadiyyat Kateqoriya:Maliyyə Kateqoriya:Fərdi maliyyə Kateqoriya:Pensiya Kateqoriya:Hüquqi terminlər