Mehdi bəy Fərhad bəy oğlu Məlik-Aslanov (1839, Tuğ, Qarabağ əyaləti, Rusiya imperiyası – 1923, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ) — mülkədar, maarifçi, İrəvan kişi gimnaziyasının məzunu, xeyriyyəçi, qurucu
Həyatı Mehdi bəy 1839-cu ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Qarabağda və ətraf ərazilərdə nüfuzlu şəxs, qurucu idi. Mükəmməl mədrəsə təhsili almışdı. İrəvan kişi gimnaziyasının məzunu olub.
Fəaliyyəti
thumb|left|165x165px|Kürdlər kəndi — Mehdi bəy kəhrizi 19-cu əsrin ortalarında, Mehdi bəy Qarabağa gələn kürddilli qaçqınlar üçün öz vəsaiti hesabına Kürdlər kəndini salıb.Nazim Tapdıqoğlu — "Füzuli rayonu Kürdlər kəndi" kitabı, Bakı, 2023, "İmza" nəşrlər evi, səh. 125, 169, 178, 179, 183 ISBN 978-9952-37-393-3 Sözü gedən yaşayış məntəqəsinin yeri vaxtilə Mehdi bəy adlı şəxsə məxsus olmuşdur və əsasən kürd ailələrinin məskunlaşması nəticəsində yaranmış və məskunlaşan ailələrin ümumi adını qəbul etmişdir. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 423 ISBN 978-9952-34-155-3 Bir müddəd kəndi "Mehdi bəy Kürdü" də adlandırırdılar. Mehdi bəy çalışırdı ki, kəndi mümkün qədər təchiz etsin, sakinlərin güzəranını rahatlandırsın. Kənddə içməli su qıtlığı tələbatını nəzərə alaraq və həmin ehtiyacı ödəmək üçün, o kəndə içməli su kəhrizi vurur.Ənvər Çingizoğlu. "Qarabağda maarif" (1750–1950). Bakı, "Zərdabi LTD" MMC, 2013, səh. 35, 39, 40, 276 ISBN 978-9952-460-29-2 Elə o vaxtdan kəhriz "Mehdi bəyə məxsus" anlamını ifadə edir və həmin kəhriz "Mehdi bəy kəhrizi" adlanır. Bu gün kənd tamamilə dağıdılsa da, kəhriz toxunulmaz olaraq qalır. Bölgə ictimaiyyətinin, kəndin keçmiş sakinlərinin və dövlət qurumlarının səyləri nəticəsində, həmin kəhriz aşkar olunmuş abidələrin siyahısına daxil edilmişdir və mədəniyyət abidələrinin siyahısına salınması istiqamətində dövlət tərəfindən nəzarətə götürülüb. Şair Şahin Vahidoğlunun "Füzulinin kəndi Kürdlər" şeirində bu sözlər var:
1882-ci ildə, Mehdi bəy Qubadlıda yeni acılan məktəbin ilk müəllimlərindən olub.Rus-tatar məktəbləri — az.wikipedia.org/wiki/Rus-tatar_məktəbləri#Qubadlı Qarabağda böyük hörmət qazanmış qardaşı Sadıx bəy Məlik-Aslanovun köməyi ilə 1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) Tuğ kəndində o dövr üçün müasir məktəb yaradıb. Azərbaycan. 2010.18 dekabr. səh. 6 Rusiya İmperatoru III Aleksandrın imzaladığı sənəddə, həmin məktəbə Rus-Avropa tipli məktəb statusu verilməsi ilə bağlı məlumat qeyd olunub. Məktəb Sadıx bəyin evində fəaliyyətə başladı və uzun müddət orada yerləşirdi. Tuğ məktəbinin yaranmasında tarixçi Mir Mehdi Xəzaninin də müstəsna rolu olub.
1887-ci ildə Rusiya İmperiyasının Xalq Təhsili Nazirliyi tərəfindən cəmiyyətin aşağı təbəqələrindən olan uşaqların təhsilini məhdudlaşdıran "Gimnaziya təhsilinin azaldılması haqqında" normativ akt buraxılmışdır. Buna baxmayaraq, Mehdi bəylə Sadıx bəy Tuğ və ətraf bölgələrdə yaşayan məktəbin kasıb şagirdlərinə tədris və maddi vəsaitlə kömək edirdilər.Hüseyn Əhmədov — "XIX əsr Azərbaycan məktəbi" kitabı, Bakı, 1972 Həmçinin, Mehdi bəyin özü Qarabağda bir çox məktəblərin hamisi olub.
thumb|left|230x230px| Tuğ — Mehdi bəyin evinin qalıqları 19-cu əsrin ikinci yarısında Mehdi bəylə digər qardaşı Aslan bəy Tuğ kəndində iki imarət inşa edirlər. Sovet hakimiyyəti qurulandan bir müddət sonra, Məlik-Aslanov qardaşların həmin yaşayış evləri müsadirə olunur və vaxtilə Mehdi bəylə Sadıx bəy açdıqları məktəb oraya köçürülür. 1978-ci ildə Tuğ kəndində yeni məktəb binası tikilir və Mehdi bəylə qardaşının evlərində yerləşən məktəb təzə binada fəaliyyətini davam etdirir. İşğaldan bir müddət əvvəl, Mehdi bəyin evinin yuxarı mərtəbəsi uzun məsafəli avtobus sürücüləri üçün bir növ motel kimi, alt mərtəbədə isə, xidmət evi və fotostudiya kimi fəaliyyət göstərirdi. İşğal zamanı ev tamamilə dağıldılmışdı.
Ailəsi Həyat yoldaşı — Xocavənd hökmdarının qızı.N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4 Övladları: İsgəndər bəy (1869, Tuğ – ?), İsfəndiyar bəy (1874, Tuğ – ?), Zülfüqar bəy (1882, Tuğ – ?). Atası Hacı Fərhad bəy Qarabağ atlı alayının zabiti olub.Qarabağ atlı alayı. O, tanınmış rus şairi Aleksandr Puşkinlə görüşmüşdü.Zəhra Muradova. Şuşa, hər daş-qayası tarix. Bakı-2022. "Orxan" NPM. səh. 95 ISBN 978-9952-37-808-5 Puşkin ona şeir həsr etmişdi. Oğlu İsfəndiyar bəy Georgi xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun qızı Şövkət xanımla (1888 – 1970) yaşam qurmuşdu.
Yaddaş Kürdlər kəndi
Xatirəsi thumb|155x175px|Mehdi bəy kəhrizinin abidə kimi qeydiyyata alınması sənədi "Mehdi bəy kəhrizi" abidə kimi qeydiyyata alınıb — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, 11.09.2023-cü il N3-24-1/2-01-Q-416/22/2023. 17 avqust 2023-cü ildə Bakının Atatürk mərkəzində Nazim Tapdıqoğlunun "Füzuli rayonu Kürdlər kəndi" kitabının nəşrinə həsr olunmuş elmi konfrans.
Həmçinin bax Məlik-Aslanovlar Tuğ
İstinadlar
Kateqoriya:Tuğda doğulanlar Kateqoriya:İrəvan kişi gimnaziyasının məzunları Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər
Mənbələr
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. L.205–207 Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.10. Op.1. D.135. 1. L.702 N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4 E. E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 165 ISBN 9952-25-001-0 Ənvər Çingizoğlu. Tuğ, "Soy" dərgisi, 12 (32), Bakı. 2009
Kateqoriya:Məlik-Aslanovlar