Mustafa Şahin () — Türkiyə siyasətçisi. O, 12 iyun 2011-ci ildən Malatya millət vəkili kimi xidmət etmişdir və Ədalət və İnkişaf Partiyası (AKP) üzvüdür.

Həyatı Mustafa Şahin Malatya vilayətinin Toyqar kəndində Faiq və Bəsimə Şahinin oğlu olaraq anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Malatyada bitirmişdir. Şahin İnönü Universitetini bitirmişdir. Evli, beş uşaq atasıdır. İngilis dilini yarı səlis səviyyədə bilir.

Şahin 2011-ci il ümumi seçkilərində AK Partiyadan Malatya millət vəkili seçilmişdir. O, 2015-ci ilin iyununda və 2015-ci ilin noyabrında yenidən seçilmişdir.

İstinadlar

Kateqoriya: Türkiyə siyasətçiləri Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları