Amül qiyamı — maoçu İran Kommunistləri İttifaqı (Sərbədaran) təşkilatı tərəfindən İran hökumətinə qarşı silahlı üsyan.
Zəmin İran Kommunistləri İttifaqı (Sərbədaran) və ya qısaca İKİ(S) xalq müharibəsini öz mübarizə xətti kimi qəbul edən maoçu bir təşkilat idi. Amül şəhristanı İKİ(S) tərəfindən inqilabi baza ərazisi kimi seçilmişdir.
Tarixi 1982-ci ildə İKİ(S) Amül ətrafındakı meşələrdə qüvvələri səfərbər etmiş və İslam Respublikasına qarşı silahlı kampaniyaya başlamışdır. 25 yanvar 1982-ci ildə Siyamək Zaimin başçılığı ilə üsyan təşkil edilmişdir. Qiyam nəhayət uğursuz olmuş, bir çox İKİ(S) və maoçu liderlər güllələnmişdir. Zaim Amülü zorla geri aldıqdan sonra İnqilab Keşikçiləri tərəfindən həbs edilmiş və nəticədə atışmanın dayandırılmasına kömək etdiyi üçün verilən bəraətə baxmayaraq 1984-cü ildə edam edilmişdir.
Nəticəsi Üsyanın uğursuzluğundan sonra İKİ(S) rəhbərliyinin və üzvlərinin əksəriyyətinin həbs edilməsi və ya öldürülməsi ilə çətin bir dövr keçirmişdir. Bundan sonra partiya daxilində müxtəlif nəzəri və siyasi böhranlar yaşanmışdır.
Həmçinin bax Ayətullah Şəriətmədari hərəkatı Türkiyədə maoçu üsyan
İstinadlar
Xarici keçidlər Iran: 32nd anniversary of the Amol uprising Photos of UIC(S) guerillas Kateqoriya:1982-ci ildə İran Kateqoriya:İranda etiraz aksiyaları Kateqoriya:İranda maoçuluq Kateqoriya:İranda üsyanlar