Mübariz Ağali oğlu Əsgərov () — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.
Həyatı Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Fəaliyyəti 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.
29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
Filmoqrafiya Bəy havası (sənədli film, 2010) (müəllif) 1 mətbuat konfransının tarixi (film, 2015) (sənədli film) (müəllif)| İzlə Qarabağ: əsirlər və girovlar. Közərən xaç (film, 2017) | İzlə Şuşanın dağları qara dumanlı (sənədli film, 2017) (müəllif) | İzlə Xocalı dərsi (sənədli film, 2018) (müəllif) | İzlə Ölüm hökmü - ömürlük cəza (sənədli film, 2019) (müəllif) | İzlə Kəlbəcərin son günü (film, 2020) (sənədli film) (müəllif) | İzlə Xocalı nişanəsi (müəllif) | İzlə 44 gün,44 an (müəllif) | İzlə "Şuşa" sənədli film (müəllif) | İzlə
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Ucarda doğulanlar Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları