Əbu Bəkr Məhəmməd ibn Əbd əl-Baqi əl-Bağdadi əl-Ənsari əl-Kaabi (), Machometus Bagdedinus və ya Qadi əl-Maristan () — ərəb hüquqşünas və riyaziyyatçı.
Haqqında Məhəmməd əl-Bağdadi Evklidin "Başlanğıclar" əsərinin onuncu kitabı barədə kommentariyanın müəllifidir. Onun bu əsəri Kremonalı Gerard tərəfindən "Liber judei super decimum Euclidis" adı altında tərcümə edilmişdir. Həmin əsər Avropada məşhur idi və latın dilindəki bir neçə əlyazması bugünədək qalmışdır.
Məhəmməd əl-Bağdadinin digər əsərləri isə aşağıdakılardır: "Cadavil əl-Cəyb əl-Məhlul əl-Dəqiqə"; "Risalə fi Təqrib Üsul əl-Hisab fi əl-Cəbr va-l-Müqabələ"; "Kitab əl-Tabaqat fi Şərh əl-Misaha".
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri