Həmastan ( ) — Fələstin silahlı təşkilatı və siyasi partiyası olan "HƏMAS"ın adı ilə "ev/yer" mənasını verən farsmənşəli "-stan" şəkilçisini birləşdirən təhqiredici neologizm. "Həmastan" termini ümumiyyətlə Qəzzə zolağının HƏMAS administrasiyasına aid edilir.
Bu termin 2005-ci ildə İsrailin Qəzzə zolağından çıxdığı günlərdə yaranmışdır. Bu termin ya Bantustanları (aparteid dövründə Cənubi Afrikada yaradılmış öz-özünü idarə edən qaradərili anklavları), ya da HƏMAS-ın islamçı ideologiyasını (ritorik olaraq Talibanın Əfqanıstandakı hakimiyyətinə bənzədilən) və ya alternativ olaraq İranla siyasi əlaqələri nəzərdə tutur.
Həmçinin bax
Fəthlend
İstinadlar
Kateqoriya:İsrail–Qəzzə münaqişəsi Kateqoriya:HƏMAS Kateqoriya:İslamizm