Apollo 10 — NASA-nın Apollon proqramının Ayın səthinə insan endirmək məqsədi daşıyan ekipajlı missiyası. Bu, dördüncü ekipaj missiyası idi və Apollo 11 tərəfindən ediləcək faktiki eniş üçün məşq idi.

10 may 1969-cu ildə yola çıxan üç kosmonavt, Tom Stefford, Con Yanq və Yucin Sernan Ay ətrafında orbitə çıxdılar. Stefford və Sernan ay modulunu Ayın səthindən cəmi yüksəyə qədər uçurdular. Apollo 10 ekipajı orbitlərinin Ayın qaranlıq üzü tərəfində yerləşən ən uzaq nöqtəyə çatmışdır ki, bu nöqtə də hər hansı bir insanın Yer səthindən səyahət etdiyi ən uzaq məsafədir.

İstinadlar

Kateqoriya:Apollon proqramı